Axtarış...

FHN şefinin MİLLİ KOREYA TƏBABƏTİ... - İLGİNC FAKT

FHN şefinin MİLLİ KOREYA TƏBABƏTİ... - İLGİNC FAKT

Sizə kimdən deyək, kimdən danışaq, Bakının tən ortasında yerləşən, amma fəaliyyəti çox suallar doğuran Koreya Şərq Təbabəti Klinikasından.. Neftçilər prospekti 65 ünvanında yerləşən bu klinika uzun illərdir mövcud olsa da, adına heç bənzəmir. Çünki burada indi nə koreyalı həkim, nə terapevt var. Yəni bir neçə koreyalı həkim qalıb. Sadəcə, adı Koreya Şərq Təbabətidir. Bu haqda TİA.Az-ın apardığı araşdırma belə bir reallığı üzə çıxarıb. Məlum olur ki, əvvəllər klinikada çoxlu koreyalı həkimlər çalışıb. Amma onlar burada heç bir perspektiv görmədikləri üçün ölkəni tərk ediblər. Əslində onlar Koreyada da uğur qazanmış həkimlər olmayıblar, sadəcə, hansısa sövdələşmə əsasında Bakıya gətiriliblər və bir müddət sonra Koreyaya qayıdıblar. İndi bir neçə koreyalı həkim tapmaq olar. Həmçinin, klinikanın reklamında həkimlərin adları da qeyd olunubmuş, indisə heç tibb mərkəzinin rəsmi saytı belə açılmır. Beləliklə, xeyli vaxt əvvəl mediada həmin həkimlərin siyahısı açıqlanmışdı: Kim Yonq Sok, Li Yun-Ho, Hvanq Min-Vu, An Se-Yong, Yum-Yonq-Cim, Co Seunqhum, Kim Kyu Seok, Nam Donqvu, Çink Von Suk, Çoyu Qaya, An İk Keyum, Kim Si Younq…
Hazırda klinikada xarici həkimləri demək olar ki, tapmaq mümkün olmadığı xəbər verilir. O halda nə üçün insanları inandırır və yalandan vəd edilir ki, bura Koreya Şərq Təbabəti klinikasıdır?!

Koreya Şərq Təbabəti klinikası ürək-qan-damar, mədə-bağırsaq, nevroloji, tənəffüs yolları, əzələ-oynaq, ginekoloji, dermatoloji, allergiya, piylənmə, xroniki yorğunluq xəstəliklərinin müalicəsini təklif edir.
Habelə, akupunktura (müxtəlif növ iynəbatırma), moksibişn terapiyası (dərinin müalicəvi maddələrlə dağlanması) vakuum terapiyası, autotens terapiyası, (ağrıkəsici elektroterapiya) nöqtə masajı, infraqırmızı işıqla müalicə, Koreyanın bitki mənşəli dərmanları ilə müalicə, teypinq (xüsusi plastrlarla müalicə) kimi xidmətlər var.
Ancaq bütün bu dekorasiya heç nəyi həll eləmir. Koreya Şərq Təbabəti klinikasına üz tutanlar şəfa tapmırlar, iynəbatırma və s. yollarla terapiya keçənlərə bir xeyri toxunmur. Həkimin yazdığı dərmanlar isə yalnız klinikanın öz aptekində satılır.
Dərmanlar sifarişlə, məxsusi olaraq klinika üçün gətirilir. Dərmanların xəstəyə mənfi təsir edəcəyi halda geri qaytarılması mümkün deyil.
Bununla bağlı kassada xüsusi xəbərdarlıq asılıb. Yəni, məsuliyyət daşımırlar.
Qeyd edək ki, klinika fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxınlığı ilə seçilir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz