VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Cənubi Afrika Respublikasının (CAR) Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Musava Hlonqvane Azərbaycan HDQ-də və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, Vitse-admiral M.Hlonqvane HDQ-nin Qərargah rəisi 1-ci dərəcəli kapitan Şahin Məmmədovla görüşüb və 1987-1991-ci illərdə təhsil aldığı AAHM-nin hərbi dəniz fakültəsini ziyarət edib.