Axtarış...

KİV: Vaşinqton Rusiyaya qarşı zərbələrin nüvə eskalasiyası riskini artırmadığını hesab edir


ABŞ kəşfiyyatı Vaşinqtonun Amerika uzaqmənzilli silahlarından istifadə edərək Rusiyanın dərinliklərinə zərbələr endirməsinə icazə verməsinin nüvə eskalasiyası riskini artırmadığı və bunun olma ehtimalının aşağı olduğunu hesab edir.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məqalədə qeyd olunur ki, son yeddi ay ərzində ABŞ kəşfiyyat xidmətləri Vaşinqton administrasiyası tərəfindən belə bir icazənin verilməsi nəticəsində “nüvə eskalasiyasının baş verməsinin ehtimal edilmədiyini” göstərən qiymətləndirmələr təqdim edib.

Agentliyə bildirilib ki, “bu qiymətləndirmələr Prezident Cozef Baydenin bu ay ABŞ-nin silahlarla bağlı mövqeyini dəyişməsindən sonra dəyişməyib”.

“Qiymətləndirmələr ardıcıl olub: ATACMS Rusiyanın nüvə silahı ilə bağlı hesablamalarını dəyişməyəcək”, – ABŞ Konqresindəki mənbə vurğulayıb. Materialda qeyd olunub ki, Rusiyanın “Oreşnik” raketindən istifadəsi Amerika tərəfinin bu qiymətləndirmələrini dəyişməyib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz