Axtarış...

ABŞ və Şimali Koreya razılıq əldə edə bilmədi — RƏSMİ AÇIQLAMA

ABŞ və Şimali Koreya razılıq əldə edə bilmədi — RƏSMİ AÇIQLAMA

8 aylıq fasilədən sonra Şimali Koreya lideri Kim Çen İn və ABŞ prezidenti Donald Tramp ikinci dəfə Vyetnamda zirvə görüşü keçirdilər.
“Ölkə.Az” xəbər verir ki, zirvənin ikinci günü gözlənilməz sonluqla nəticələnib. ABŞ administrasiyası zirvə görüşünü qısa edərək bağlanış çıxışını iki saat əvvələ çəkib. Ağ Ev iki ölkə arasında razılıq əldə edilmədiyini açıqlayıb.
Keçirilən mətbuat konfransında Tramp “Şimali Koreya ilə hər hansısa bir müqavilə imzalamamaq qərarına gəldik. İşləməyə davam edəcəyik. Zirvə görüşü məhsuldar keçdi. Kim yaxşı insandır və fərqli xarakteri var. O, bizdən sanskiyaları tamamilə ləğv etməyimizi istədi. Biz isə bunu edə bilmərik. Buna görə də masadan ayrıldıq. Sanksiyaların ləğvi əvəzində ölkənin nüvə silahlarından tamamilə təmizlənməsini istəyirik” deyib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz