Axtarış...

Baydenin Ukrayna ilə bağlı qərarını anlayırıq - Meloni


Ukrayna ərazisindən Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlərlə zərbələr endirmək qərarını anlayırıq, lakin Roma fərqli seçim etdi.

Bunu İtaliya Baş naziri Corciya Meloni deyib.

“ABŞ Prezidenti Co Baydenin müvafiq qərarı G20 sammiti ərəfəsində Rusiya hücumlarına cavab idi. Amma biz fərqli seçim etdik. Bu, bütün siyasi qüvvələrin razılaşdığı nadir haldır. Biz həmişə hava hücumundan müdafiə sistemlərinin əmin edilməsinə diqqət yetirmişik”, - Meloni bildirib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz