Axtarış...

"Mollazadə hansı üzlə qarşımıza gələcək?.." - SEÇKİ-2024


Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində gərgin mübarizənin gedəcəyi dairələrin adları məlum olub. Bu sırada 22 saylı Nəsimi-Yasamal seçki dairəsinin adı çəkilir.

Dia-az.İnfo xəbər verir ki, bu dairədə mandat uğrunda mübarizə aparan siyasətçilərin hamısına münasibət heç də birmənalı deyil. Məsələn, 2000-ci ildə sözügedən dairədən deputatlığa namizəd olmuş Asim Mollazadə mandatını heç kimə güzəşt etmək niyyətində deyilmiş kimi görünsə də (halbuki bu mandat hər zaman ona peşkəş edilib), lakin bu dəfə ona nəinki ciddi problem yaranacaq, hətta parlamentdə təmsilçiliyi belə şübhə altına düşmüş olacaq.

Qeyd edək ki, 70 yaşlı Asim Molazadənin bu gün sözügedən dairədə əsas rəqibi Turan Hərəkatının lideri Cahandar Bayoğludur.

Cahandar Bayoğlu seçiciləri ilə...

Əslində yuxarıdakı fotonu təsadüfi olaraq təqdim etmədik. Bildirək ki, bu foto 1 sentyabr seçkiləri ilə bağlı rəsmən elan olunan təşviqat təviminə aid yüzlərlə anlardan birinin əksidir. Yəni Cahandar Bayoğlu bu vaxta qədər mindən artıq seçicisi ilə şəxsən görüşüb.

İndi isə gələk, Asim Mollazadəyə...

Maləsəf, 2000-ci ildən bu yana hətta "google" üzərindən axtarış verəndə belə Asim Mollazadənin bənzər mehribançılığı əks etdirən fotosu bir yana, ümumiyyətlə hansısa seçicisi ilə təmasını yaşadan əksinə rast gəlmədik.

Elə bu səbəbdən əməkdaşımız sözügedən seçki dairəsində 10 seçici arasında mini-sorğu keçirərək rəyləri öyrəndi. Söhbət ondan gedir ki, seçicilər ümumiyyətlə, Asim Mollazadəniu tanıyırmı?

Əlavə şərh vermədən seçicilərdən yalnız birinin sözünü ümumi rəy kimi təqdim edirik: "Mollazadə hansı üzlə qarşımıza gələcək?.."

Hə... Seçici soruşur... Rəqiblər isə hərəkətdədir...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz