Axtarış...

Zaur Darabzadəyə niyə “QIRMIZI KART” göstərildi? -İLGİNC

Xəbər verdiyimiz kimi ölkədə sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçiriləcək. Hakim partiya 125 dairədən namizədlərini irəli sürüb.

Növbədənkənar keçirələcək parlament seçkilərində bir çox siyası partiyaların həmçinin müstəqil namizədlərin iştirakı gözlənilir.

Ötən seçkilərdə 23 saylı Nəsimi – Səbail seçki dairəsindən bitərəf namizəd olan “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri və Biznesin inkişafı departamentinin direktoru Zaur Darabzadəyə bu səfər “QIRMIZI KART” göstərilib . Məlumata əsasən, keçiriləcək seçkilərdə iştirak etmək niyyətində olan Zaur Darabzadə əks səda ilə qarşılaşıb. Belə ki, ötən seçkilərdə məğlubiyyətini qəbul etməyərək şikayət edən hətta MSK-nın qarşısında etiraz dalğası yaradan Zaur Darabzadə bu əməllərinə görə “stop” eşitdiyi bildirilir.

Məlumatlara görə Zaur Darabzadənin seçki marafonunu maliyyələşməsi məsələsidə müzakirə olunub. Mətbuatda məşhur futbolçu Messi ilə görüşü gündəm olan, qara pulların kassiri adlanan ABDA Invest Holding-in təsisçisi və sədri olan Adnan Əhmədzadə tərəfindən seçki kampaniyasına dəstək olunacağı da iddiada bildirilir.

Amma ötən seçkilərdə ki, muxalif üslüblü davranışlarına görə ona “məsləhət” deyil eşitdirlmişdir və karusel həyata keçirtdiyi iddia olunurdu.

Məlumatlara əsaəsn Zaur Darabzadə seçkilərdən sonra İTV-də məşhur Dadaş Dadaşlinkinin qonağı olarkən ironiyalı“Hər şey hələ irəlidədir” “80 yaşında deputat olan var” sətir altı bildirişləri, niyə o dairədən namizəd oldunuz? sulaına isə“Gənclərin narahat edən problemləri ozum içində olaraq bilirəm” öz uslubu ilə cavab verən Zaur Darabzadə dövlətin apardığı gənclər siyasətinə niyə şübhə ilə yanaşdığı açıq müzakirə olunmuşdur.

Sual yaranır ki, bütün sahələrdə oduğu kimi, ölkədə gənclər sektoruna hər zaman dəstək verildiyi halda şirkət rəhbəri olan Zaur Darabzadə məğlub olmağı niyə qəbul etmədi? Qeyd edək ki,məğlub olmağı qəbul etməyərək etiraz etməsi bu səfər üçün onu oyundan kənar vəziyyətə salmışdır.

Seçkilərdə sonra sosial hesabında Zaur Darabzadə paylaşım etmişidr ki, “Hamının böyük vəsait xərclədiyimizi düşündüyü kampaniyamız çox az bir məbləğ ilə dostların könüllü çalışması sayəsində baş tutdu”

Amma nədənsə investor öz dividentini açıqlamadı……

Qeyd edək ki, 23 saylı Nəsimi–Səbail seçki dairəsini Milli Məclisdə akademik Ziyad Səmədzadə təmsil edir.

Xatırladaq ki, Zaur Darabzadə son zamanlar polislə arasında insident yaşanımasına görə məhkəmə çəkişməsi ilə gündəmə gəlmişdir.(xalq.az)
Text-to-Speech

DİNLƏ






Şərh yaz