04.04.2024-cü il tarixdə Saray qəsəbəsinin bir qrup sakinləri MİNA (Müstəqil İctimai Nəzarət Agentliyi) Tv.az saytına müraciət edərək bildiriblər ki, “Bağlar Yaşayış Massivinin “Alimlər binası”nın yaxınlığında yerləşən zibilxana xəstəlik mənbəyinə çevrilib. Belə ki, burada zibil qutuları qoyulmadığına görə, sakinlər evlərindən gətirdikləri zibilləri pərakəndə halda hara gəldi atırlar. Qida axtaran küçə itləri sellofan torbaları cırıb dağıdır, bir-iki gün keçən kimi üfunət iyi ətrafa yayılır, milçək və ağcaqanad sürüləri mənzillərə hücum edir ki, bu da orada yaşayışı dözümsüz hala gətirir. Bununla əlaqədar Saray qəsəbə Bələdiyyəsinin sədri Şahlar Məhərrəmova dəfələrlə müraciət etsək də, heç bir faydası olmur. Belə ki, sədr, guya Sumqayıt şəhər sakinlərinin ora zibil atmasını bəhanə gətirərək bizə Sumqayıt bələdiyyəsinə müraciət etməyi məsləhət görür. Ancaq bilirik ki, həmin ərazi Saray qəsəbə bələdiyyəsinə aid olduğuna görə, təmizlik yaratmaq cənab Ş.Məhərrəmovun vəzifəsidir. O isə zibilxanaya qutular qoymaq, hər gün zibil tullantıların daşınmasını təşkil etmək əvəzinə, ayda bir dəfə zibil qalaqlarını yandırmaqla və traktorla ora-bura yaydırmaqla işini bitmiş hesab edir ki, bu da havanın kəskin çirklənməsinə səbəb olur. Ona görə də sakinlər mənzil başına beş manat məbləğində pul toplayıb zibil daşıyan maşınların sürücülərinə verməklə zibilləri daşıtdırmağa məcbur olurlar. Artıq dözülməz həddə çatmışıq.
Hörmətli redaksiya, həmin zibilxanadakı dözülməz şəraitin video görüntülərini sizə göndərməklə xahiş edirik ki, bu işdə bizə köməklik göstərəsiniz!”
Faktla əlaqədar Saray qəsəbə Bələdiyyəsinin sədri Ş.Məhərrəmovla telefon əlaqəsi saxladıq. Cənab sədr bildirdi ki, sözügedən zibillik Sumqayıt şəhəri ilə Saray qəsəbəsi arasındakı yol ayrıcında yerləşdiyinə görə, oraya zibil tullantılarını Sumqayıt sakinləri atırlar. Ona görə də qarşısını ala bilmirik. Ancaq bizim qanuna müvafiq tövsyyələrimizdən sonra Şahlar bəy zibilxananın təmizlənməsinə söz verdi. İki gün sonra isə özü zəng edərək, artıq zibilxananı təmizlətdirdiyini bildirdi. Problemi operativ həll etiyinə görə biz də ona təşəkkür etdik.
Amma, daha iki gün sonra sakinlər təkrar-təkrar zəng edərək, yaşayış binalarının qarşısından keçən şosse yolunun yaxın ətrafınındakı zibilxananın yenə aşıb-daşdığını bildirdiklərinə görə, faktı araşdırmaq məqsədilə əməkdaşımız Elmir İbrahimovu sözügedən ünvana göndərdik. Hadisə yerində çəkilmiş video kadrlar da sakinlərin şikayətlərində göstərilən faktların tam əsaslı olduğunu təsdiqlədi. Odur ki, problemi ictimailəşdirdik ki, bəlkə hörmətli Ş.Məhərrəmov cənabı zibil yandırma və havanın çirkləndirilməsi əməliyyatına son verib, sözügedən ünvanın zibil qutuları ilə təmin edilməsinə və zibilin vaxtlı-vaxtında daşınmasına qərar verdi.
PS. Qarşı tərəfin rəsmi mövqeyini də işıqlandırmağa hazırıq.

MİNA Tv.az saytının Araşdırma Şöbəsi
" frameborder=0 height=381 width=520 scrolling=no >