Axtarış...

Sabunçuda bələdiyyələr öz işlərini görmürsə... - Sakinlər narazılıq edir

Sabunçuda bələdiyyələr öz işlərini görmürsə... - Sakinlər narazılıq edir

Sabunçu rayonu Kürdəxanı qəsəbəsində zibilin daşınması müşkülə çevrilib.

Bu, qəsəbədə zibil vaxtı-vaxtında yığışdırılmır. Qəsəbənin “Yeni tinlik” adlanan ərazisində isə mənzərə dözülməzdir.

Kürdəxanı sakinləri dəfələrlə Cebhe.info-ya bu barədə müraciət edərək şikayətləniblər və vəziyyəti əks etdirən fotolar göndəriblər.

Kürdəxanı bələdiyyəsinin sədr müavini Heyran Kərimova isə bu şikayətlərlə barışmayaraq, hər dəfəsində qəsəbədə zibillə bağlı problemin olmadığını bildirib.

Bu dəfəki şikayət ərazidən günlərlə daşınmayan zibillərin qəsəbə bələdiyyəsi tərəfindən yandırılmasıdır.

Sakinlərin dediyinə görə, son vaxtlar dolub-daşan zibil qutuları daşınmır, elə yerindəcə yandırılır. Onların bu vəziyyətlə bağlı narazılığına məhəl qoyan yoxdur.

Kürdəxanı Bələdiyyəsinin ərazi üzrə nümayəndəsi isə sakinlərin narazılıqları və iradlarına “gedin, kimə şikayət edirsiz, edin. Yandırırıq, yaxşı edirik”, - deyə cavab verir.

Görünən odur ki, aidiyyəti qurumlar Kürdəxanı qəsəbəsində illərdir həll olunmayan zibil problemini yoluna qoya bilmirlər. Problem nə həllini tapır, nə də günahkarlar cəzalandırılır.

Ümid edirik ki, Kürdəxanı Bələdiyyəsi Cebhe.info-nun qəsəbə sakinlərinin şikayətləri əsasında dəfələrlə toxunduğu bu məsələyə biganə qalmayacaq.


Text-to-Speech

DİNLƏ






Şərh yaz