Axtarış...

Gəncədə zibil poliqonu ekoloji fəlakət mənbəyinə çevrilib - NARAZILIQ VAR!

Gəncədə zibil poliqonu ekoloji fəlakət mənbəyinə çevrilib - NARAZILIQ VAR!


Gəncənin ən böyük zibil poliqonu ekoloji fəlakət mənbəyinə çevrilib.

Sözügedən zibil poliqonu Cavadxan qəsəbəsinin ərazisində yerləşdiyindən qəsəbə sakinləri həyacan təbili çalır.

Millitv.az-ın belediyye.net-ə istinadən məlumatına görə, məişət tullantıları bu əraziyə atılsa da vaxtlı-vaxtında daşınmır. Əvəzinə yandırılaraq ekologiyaya daha çox ziyan vurulur. Sakinlər deyirlər ki, məişət tullantıları yandırıldığından yaşayış massivi hər gecə tüstü-dumana qərq olur.

Qeyri rəsmi məlumata görə, zibil poliqonu 25 hektar ərazini əhatə edir.

Belə böyük ərazini əhatə edən poliqon standartlara cavab vermir. Ərazi nə hasara alınıb, nə də təhlükəsizlik qaydalarına əməl edilir. Əvəzində müşahidə olunan mənzərə daha acınacaqlıdır. Ərazidə yaşayan insanlar zibil poliqondan “otlaq sahəsi” kimi istifadə edir, burada heyvanlarını “otarırlar”.

Sırf bu səbəbdən təngə gələn Cavad Xan qəsəbəsinin sakinlərindən bəziləri evlərini tərk etmək məcburiyyətində qalıblar.

Məişət tullantıları poliqonu Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinin balansındadır. Elə poliqonun özündə məişət tullantılarını kimlərin yandırdığını öyrənməyə çalışdıq. Əldə etdiyimiz məlumata görə, Ekalogiya və Təbii Sərvvətlər Nazirliyi də, məsələ ilə bağlı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsini xəbərdar edib. Qurumun 10 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsindən Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinə rəsmi məktub göndərilib.

10 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin müdiri Ceyhun Hüseynov bildirib ki, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfaat İdarəsinə məsələ ilə bağlı şifahi xəbərdarlıq edilib. Qurumdan qeyd olunub ki, məişət tullantılarının yanması hava şəraiti ilə bağlıdır. Avropa Yenidənqurma və İnkişaf Bankı məişət tullantılarının utilizasiyası məqsədi ilə tikiləcək zavod üçün maliyyə ayırıb. Vaxtı çatanda problem həllini tapacaq.

Görünən odur ki, Cavad Xan qəsəbəsinin sakinləri biraz da gözləməli olacaqlar. Sakinlərin yeni müəssisənin tikilib istifadəyə veriləcəyi günü gözləməkdən başqa çarəsi qalmır.

Daha ətraflı aşağıdakı videosüjetdə:

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz