Axtarış...

Binəqədidə Köhnə Zibil Qutuları İnsanlar Üçün Hansı Problemlər Yaradır ?

Binəqədidə Köhnə Zibil Qutuları İnsanlar Üçün Hansı Problemlər Yaradır ?Millitv.az
Binəqədi rayonu, Binəqədi kənd Gülüstan küçəsi döngə 8 ünvanında yaşayan Kərimov Kamal Hətəm oğlu redaksiyamıza müraciət edərək bildirib ki, yaşadığı evin qarşısına ara məsafəsi 4-5 metr olmaqla zibil qutuları yerləşdirilib.Baş verənlərlə əlaqədar ərazidə olarkən orada yaşayan digər sakinlər də zibil qutularının onların qapısının ağzına qoyulmasından şikayətçi olduqlarını bildirdilər.

Həqiqətən də zibil qutularının yaşayış mənzilindən təxmini 4-5 metr məsafədə yerləşdiyini və məişət tullantılarının külək vasitəsi ilə ətrafa səpələnərək yaşayış evlərinin qarşısına toplandığının bizdə şahidi olduq. Baş verənlər və ifunətli ərazidə yaşayan insanların aqibəti bizi çox məyus etdi.Belə bir antisanitariya olan ərazidə sağlam gənc nəslin yetişməsindən necə söz aça bilərik.

Məsələylə bağlı Binəqədi kənd bələdiyyəsi ilə əlaqə saxlasaqda Bələdiyyənin sədr müavini Rəşad müəllim məsələnin onlara hər hansı bir adiyyat olmadığını bildirdi.Bizə bu məsələ ilə bağlı Binəqədi komunal təsərufat birliyinə müraciət etməymizi bildirdi.

Bizdə Binəqədi kəndində sakinlərin şikayətçi olduqları məsələ ilə bağlı Millitv vastəsilə baş verənlərin qısa zaman ərzində aradan qaldırılması üçün adiyyatı qurumlara müraciət edirik.


Mövzunu Diqqətdə Saxlayacayıq

Daha ətraflı videodan izlə


Daha çox xəbər

Şərh yaz