Axtarış...

Siraqəddin Cabbarov Sabirabadı bu günə qoyub... - Şəhid adına küçə virus, bakteriya mənbəyinə çevrilib



Sabirabad rayonunun mərkəzində yerləşən İlham İsgəndərov küçəsində əsil rəzalət yaşanır.

Daxil olan xəbərə görə, Qarabağ müharibəsi şəhidi İlham İsgəndərovun adını daşıyan küçəsində, habelə ətraf ərazilərdə zibil əlindən tərpənmək mümkün deyil.

“Günlərlə, bəzən bir ay zibil yığılıb qalır. Bura zibilxana deyil axı . Üfunətdən küçədən keçmək olmur. Virus, bakteriya mənbəyidi yayın bu istisində. Özü də koronavirusun belə geniş yayıldığı bir günlərdə”.

Mənbənin dediyinə görə, yerli sakinlər bu barədə , dəfələrlə Sabirabad rayon icra hakimiyyətinə və Sanitar Təmizlik Sahəsinə müraciət etsələr də, yaranmış problemi həll edə bilməyiblər. Yerli məmurlar ancaq vəd verməklə işini bitirmiş hesab etmişlər.. //ixa.az//
Siraqəddin Cabbarov Sabirabadı bu günə qoyub... - Şəhid adına küçə virus, bakteriya mənbəyinə çevrilib
Text-to-Speech

DİNLƏ






Şərh yaz