Şahbuz rayonu, Gömür kənd sakini Mustafayev Aydın Mustafa oğlu tərəfindən
Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Dövlət Məşğulluq Agentliyindən ona əsassız olaraq "6 ildir kiçik sahibkarlıqla məşğul olduğu" bildirilib.
“Mən, Mustafayev Aydın Mustafa oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Bildirim ki, iş üçün Dövlət Məşğulluq Agentliyinə müraciət etmişdim. Oradan bildirdilər ki, sahibkarlıqla məşğulsan, bu səbəbdən də sənə iş düşmür.
Kiçik bir araşdırma apararaq öyrəndim ki, guya, mən 6 ildir əkinçiliklə məşğulam. Hansı kı, bizim kənddə əkinə yararlı sahə belə, yoxdur.
Deməli, rayon rəhbərliyi vətəndaşların adından VÖEN açıb, dövlətin pulunu yeyirlər. Özləri vətəndaşların yerinə o pulları mənimsəyirlər və işsizliyin minimum səviyyədə olmasını göstərirlər. Belə ki, mal-qarası olanları "fermer", arısı olanları isə "arıçı" kimi göstərirlər. Təəssüf ki, vətəndaşların bundan xəbəri olmur. Biz insanlara bu qədər zülm olunur, işıqlandırın, bəlkə məsələ həllini tapar”.