Naxçıvan şəhəri, Culfa rayonu, Ərəfsə kənd sakini Hacıyev Vüqar Vəli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu gəlib. Şikayətçi iddia edir ki, onun pensiyasını qanunsuz olaraq kəsiblər:
“Mən, Hacıyev Vüqar Vəli oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Qeyd edim ki, mən 31 il II qurup əlil kimi pensiya almışam. 2021-ci ildə qərar veriblər ki, əlil deyiləm, daha sağalmışam.
Bütün bunlar necə ola bilər? Onda belə çıxır ki, 31 il yalan idi...
Süleyman həkim mənə deyir ki, yenidən əlillik almağın üçün çəkin 51 kq-a düşməlidir. Amma tanıdığımız, bildiyimiz o qədər insan var ki, məndən də kökdür, canlıdır, amma əlillik alır. Belə çıxır, müəyyən bir məbləğ verməliyəm ki, yenidən əlilliyim bərpa edilsin.
Pulum yoxdur, vermirəm, həm xəstəyəm, həm də pul verməliyəm ki, mənə əlillik versinlər?! Bu nə deməkdir? Bu, necə qanun-qaydadır?!
Hörmətli redaksiya!
Sizdən xahişim odur ki, bu problemi işıqlandırın, bəlkə hansısa ləyaqətini itirməyən bir qurumun qabağına çıxar və tədbir görərlər".