İsmayıllı rayonu, Balik kənd sakini Məmmədov Elbrus İsrafil oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, 5 uşağı var, imkanı zəifdir və sosial yardım ala bilmir:
"Mən, Məmmədov Elbrus İsrafil oğlu, yazaraq sizə bildirirəm ki, bu çətin günümdə mənə sosial vermirlər.
5 uşaq atasıyam. Hər dəfə bəhanələr uydururlar, bildirirlər ki, sizin torpaq payınız var, bu səbəbdən sizə düşmür. Daha sonra dedilər ki, notariusa səhv kod vermisiz.
Bir dəfə də göndərdim, onda da dedilər ki, siz “A” və “B”-ni səhv vurmusuz.
Yoldaşımın adına VÖEN açdırmışam. Hər ay vaxtında vergimi ödəyirəm, xahiş edirəm mənə kömək edin. Bütün öhdəliklərimi doğru-düzgün yerinə yetirsəm də, mənə sosial yardım vermirlər. Səhv axtarırlar, uzadırlar".
Elbrus Məmmədovun şikayəti ilə bağlı Dövlət Sosial Müdafiə Fondununun İsmayıllı Rayon Şöbəsi ilə əlaqə saxladıq. Məsələnin araşdırılacağını bildirdilər.