Axtarış...

Rüşvət vermədiyi üçün II qrup deyil, III qrup əlillik statusu verildi – NAXÇIVAN SAKİNİ ETİRAZ EDİR

Rüşvət vermədiyi üçün II qrup deyil, III qrup əlillik statusu verildi – NAXÇIVAN SAKİNİ ETİRAZ EDİR

Şahbuz rayonu, Gömür kənd sakini Taroyev Qadir Zaman oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezidentin Naxçıvan Muxtar Respublikas (MR) üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə müraciət edir:

"Cənab Fuad Nəcəfli!

Mən, Taroyev Qadir Zaman oğlu, yazaraq sizdən xahiş edirəm ki, müraciətimi cavabsız qoymayasınız.

Mən 10 yanvar 1964- cü ildə Ermənistan SSR-nin Əzizbəyov rayonu, Gömür kəndində doğulmuşam. Orada yaşadığım müddətdə, qara ciyərimdə "serroz" xəstəliyi aşkar olundu. Daha sonra daxili orqanımdan dalağım çıxarıldı. Bu səbəbdən də II qrup əlil olaraq pensiyaya çıxarıldım.

1988-ci ildə məcburi köçkün olaraq Azəbaycan Respublikasının Ağdam rayonuna yerləşdik. Oradan da 1993-cü ildə, bir daha məcburi köçkün olaraq, Naxçıvan şəhərinin Şahbuz rayonunun Gömür kəndində məskunlaşdıq.

Həmin vaxt pensiyam bir neçə aylıq dayandırıldı. Daha sonra 2004-cü ildə Ali Məclisin sədri Vasif Talıbovun göstərişi ilə II qrup əlil olaraq pensiyam yenidən bərpa olundu. 2021-ci ilin avqust ayına kimi pensiya aldım. Lakin 2021-ci ilin avqust ayında pensiyam yenidən dayandırıldı.

Mən bununla bağlı həkim komissiyasına müraciət etdim ki, pensiyamı hansı səbəbdən kəsmisiniz? Həkim komissiyasının üzvü deyir ki, “nə olsun sənin daxili orqanını çıxarıblar, pensiya düşmür. Bəsdir, gəlmə buralara, get otur evində”.

Xəstəliyimlə bağlı işləyə, ağır işlərə isə girə bilmirəm. Bəs mən nə yeməliyəm, necə dolanmalıyam? Doğru-düzgün iş yoxdur ki, gedim işləyim. Mənə deyin xahiş edirəm, qara ciyər serrozu olan xəstə hər hansısa bir işdə işləyə bilərmi? Bu qədər haqsızlıq olar?

Oğlum hal-hazırda hərbi xidmətdədir. İmkanım yoxdur ki, bir neçə aydan bir onun yanına gedim. Evin tək oğludur, özüm belə xəstəyəm. Kommunal xərclərimi bacımla, qardaşımdan borc alaraq ödəyirəm. Mən də insanam, utanıram. Naxçıvan Ali Məclisdə sizin qəbula yazılmaq istəsəm də, mənə deyirlər “Fuad müəllim sizi qəbul etmir”. Mən inanmıram ki, siz qəbul etmirsiz.

Xəstəliyimlə bağlı iynə, dərman ala bilmirəm.

1882-ci ildə Ermənistanda II qrup əlil olaraq pensiya almışam, Naxçıvanda ikinci qrupun uzun müddət pensiyasını almışam. Sonradan müddətsiz olan qrupumu, ƏƏSM Nazirliyi və Səhiyyə Nazirliyinin komissiyaları III qrup ediblər. Belə başa düşürəm ki, mən onlara rüşvət versəydim, qrupuma dəyməzdilər. Fuad müəllim, xahiş edirəm məni qəbul edəsiniz və dərdimə şərik olasınız”.

Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz