Axtarış...

"İşə yararsızamsa, əliliyimi versinlər, yox işləyə bilərəmsə, onda məni işlə təmin etsinlər" - GİLEY


Ağdam rayonu, Quzanlı qəsəbə sakini Cəfərov Şükür Bakir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Müharibə iştirakçısı olduğunu deyən şikayətçinin sözlərinə görə, dövlət tərəfindən ona nə əlillik dərəcəsi verilir, nə də sənədinə "sağlam" yazılır ki, gedib təhsili ilə bağlı bir işdə çalışsın:

“Mən, Cəfərov Şükür Bakir oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Hal-hazırda ali təhsilli ehtiyatda olan zabitəm. Şuşa döyüşlərinin iştirakçısı olmuşam. Döyüş vaxtı yaralandığım üçün ordu sıralarından istefaya buraxıldım. Artıq müharibənin üzərindən 3 il keçməyinə baxmayaraq, dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişəm, yenə də əlilliyimi təsdiq etmirlər.

Dəfələrlə Dövlət Məşğulluq Agentliyinə, Ağdam İcra Hakimiyyətinə, Müdafiə Nazirliyinə və Prezident Administrasiyasına iş üçün müraciət etmişəm, lakin heç bir köməklik göstərilmir. Məşğulluq İdarəsindən mənə fəhlə işi təklif olunur. Təhsilsiz də fəhlə işləsin, təhsilli də?! Ali savadlı, döyüş görmüş zabit dövlət qurumlarından iş istəyir, lakin köməklik göstərilmir. İşə yararsızamsa, əliliyimi versinlər, yox işləyə bilərəmsə, onda məni işlə təmin etsinlər.
Xahiş edirəm, mənə kömək edin, heç kəsdən pul, var-dövlət istəmirəm, sadəcə iş istəyirəm".
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz