Axtarış...

Ağsuda məktəb direktoru şəhid ailəsinə hörmətsizlik edir... – “Sihəd Abdulov 4 ildir qərəzli şəkildə oğlumu 1-ci sinifdə saxlayır...”

Ağsuda məktəb direktoru şəhid ailəsinə hörmətsizlik edir... – “Sihəd Abdulov 4 ildir qərəzli şəkildə oğlumu 1-ci sinifdə saxlayır...”


Ağsu rayonu, Qırlar kənd sakini Əyubov Narıngül Nabir qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Sanqalan kənd orta məktəbin direktoru Sihəd Abdulov onun oğlunu 4 ildir 1-ci sinifdə saxlayır.

“Mən, Əyubova Narıngül Nabir qızı, yazaraq sizdən xahiş edirəm ki, müraciətimi işıqlandırasınız.

Özüm şəhid ailəsiyəm. Müraciət etmədiyim yer qalmayıb, bəhanə gətirdilər ki, uşaq zəifdir, bal yığa bilmir. Lakin 252 bal yığıb, yenə 2-ci sinfə keçirmirlər. Diroktor qərəzli şəkildə uşağımın həyatı ilə oynayır. 4 il 1-ci sinfə gedən uşaq olar indiki zəmanədə?! 1il, 2 il kəsilsin, 4 il olmaz axı.

Uşaq imtahandan 252 bal yığıb, indi də deyirlər ki, biz sizə deyəndə imtahan verin. Vallah, çarəsiz qalmışam. Uşağın özünün psixoloji vəziyyətindən narahat oluram. Yaşıdları arasında olanda, narahat olur, əsəb keçirir.

Bir ana kimi xahiş edirəm, mənə köməklik göstərin. Mənə məsləhət görürlər ki, qoy bu il də 1-ci sinifə getsin. Bu il də 1-ci sinfə gets,ə bu uşaq yenə ümidsizləşəcək.

Xahiş edirəm, mənim bu problemimi araşdırın”.

Məsələ ilə bağlı Ağsu Rayon Təhsil Şöbəsi ilə əlaqə saxladıq. Məsələni araşdırıb, bizə cavab veriləcəyi bildirildi. 1 gün sonra yenidən zəng vurub cavab almaq istədikdə isə zənglərimiz cavabsız qaldı.

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //Hurriyyet.az//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz