Naxçıvan Muxtar Respublikasında xeyli müddəttdir ki, rəhbərlik dəyişsə də, problemlərin böyük əksəriyyəti nəinki həllini tapmayıb, hətta durumun əvvəlkindən daha da pis olduğunu iddia edənlər də var.
Dia-az.info-ya müraciətt edən tibb işçiləri isə bu dəfə maaşlarının verilməməsindən və yaxud da yubanmasından giley edirlər.
Gileylərdən aydın olur ki, Naxçıvan Muxtar Respublikası Mərkəzi xəstəxanasının tibb bacıları hələ də yanvar ayının maaşını almamaqdan şikayətçidirlər. Onlardan bəziləri dekabr ayının pulunu ala bilmədiyini də iddia edir.
Məsələ diqqətimizdədir.