Axtarış...

Xəstə canı ilə əlləşir... HƏKİM CİBİNİ GÜDÜR... - GİLEY

Xəstə canı ilə əlləşir... HƏKİM CİBİNİ GÜDÜR... - GİLEY

Fövqəladə Hallar Nazirliyinə məxsus Zığdakı modul hospitalda özbaşınalıqlar davam edir. Hospitalın baş həkimi İmran Ağayevin rüşvət almasına görə həbs edilməsindən sonra yenə də neqativ hallara yol verilir.
TİA.Az sosial şəbəkələrdə yayılmış məlumatlara istinadən bildirir ki, tibb bacıları komada olan xəstə yaxınlarına zəng edərək onlardan pul istəyir.
Tibb işçiləri “komadakı xəstənizin altını dəyişirik” deyərək konkret məbləğlərdə pul istəyirlər. Məlumata görə, bu məbləğ 200-300 manat arası dəyişir və hər dəfə təkrarlanır.
Xəstə canı ilə əlləşir... HƏKİM CİBİNİ GÜDÜR... - GİLEY

Sosial media istifadəçiləri yazırlar ki, tibb bacıları xəstə yaxınlarında bank kartlarını göndərir və pulun ora köçürülməsini tələb edirlər. Görünür ki, həbslər də hospitalı idarə edənlərin gözünü qorxutmayıb və dərs olmayıb.
TƏBİB bu məsələdə yaxasını kənara çəkərək hospitalın onların tabeliyində olmadığını bildirməklə məsuliyyəti FHN-nin üzərinə qoyur. Lakin nazirlik də ona aid hospitalda baş verənlərlə bağlı addım atmır. Belə aydın olur ki, hüquq-mühafizə orqanları yenidən araşdırma aparmalı olacaqlar.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz