Axtarış...

Onlar 3 aydır maaşlarını ala bilmirlər... - Bayramı da pulsuz qaldılar...

Onlar 3 aydır maaşlarını ala bilmirlər... - Bayramı da pulsuz qaldılar...


Zığdakı modul tipli xəstəxananın işçiləri 3 aydır ki, maaşlarını ala bilmirlər.

Millitv.az xəbər verir ki, bu barədə "Toplum TV"yə adının çəkilməsini istəməyən xəstəxana işçilərindən biri məlumat verib.

Onun dediyinə görə, koronavirus xəstələri üçün nəzərdə tutulan digər xəstəxanalarda işçilərin maaşları çoxdan verilib: "Xəstəxana rəhbərliyi hər dəfə deyir ki, gələn həftə veriləcək, ayın axırı veriləcək, bayramdan əvvəl veriləcək. Koronavirus xəstələri üçün olan bütün xəstəxanaların maaşları verilib, bizdən başqa. Soruşanda ki, niyə onlara verilib, bizə yox? Cavab verirlər ki, onlar maaşlarını TƏBİB-dən, biz isə Maliyyə nazirliyindən alırıq".

Xəstəxana işçisi iddia edir ki, rəhbərlik ixtisara düşən işçilərə də kompensasiya ödənilməsin deyə, onlara öz istəkləri ilə işdən çıxarılması barədə ərizə yazdırırlar.

Şikayətçinin dediyinə görə, onlar normalda da maaşlarını, 2-3 aydan bir alırlar. Amma bayram ərəfəsi olduğundan indi pula daha çox ehtiyacları var: "Mən ailəmdən pul alıram. Amma hamı mənim kimi deyil. Elə adamlar var burda ailəlikcə işləyirlər və 3 aydır evlərinə pul girmir".

Məsələ ilə əlaqədar Maliyyə Nazirliyindən cavab almaq mümkün olmayıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz