Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi "Kimya, fizika, biologiya laboratoriyalarının və STEAM istiqamətli avadanlıqların satınalınması" iə bağlı elan etdiyi tenderin qalibi Tikinti-Təmir-Təchizat-Bərpa QSC ilə müqavilə imzalayıb. Müqavilənin məbləği 13.647.698,72 AZN-dir.
32gun.az-ın əldə etdiyi məlumata görə, qalib QSC-nin külli miqdarda vergi borcu var. Tikinti-Təmir-Təchizat-Bərpa QSC-nin hazırki vergi borcu 258 min manatdan çoxdur (258093.13AZN).
Məlumat üçün bildirək ki, 2050 manat nizamnamə kapitalı olan “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC-nin qanuni təmsilçisi Əbilov Elçin İslam oğludur. QSC 18 mart 2015-ci ildə dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Tikinti-Təmir-Təchizat-Bərpa QSC ilə nğvbəti dəfə tender müqaviləsinə imza atıb. Bundan öncə idarə ilə sözügedən QSC arasında bir müddət öncə "Məktəbəqədər təhsil müəssisələrinə yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması" ilə bağlı 6.964.929,17 AZN imzalanmışdır.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” qanunvericilikdə olan şirkətlərin qanunvericiliklə müəyyən edilmiş tenderdə iştirakına icazə verilir.
Bundan əlavə Tikinti-Təmir-Təchizat-Bərpa QSC-nin vergi borcu ola-ola tender müqaviləsi bağlaması ilə bağlı bu xəbər ilk deyil. Mediada gedən məlumatlara görə, “Tikinti-Təmir-Təchizat-Bərpa” Qapalı Səhmdar Cəmiyyəti 2022-ci ildə Bakı Dövlət Universitetinin keçirdiyi "bir sıra mal-materialların və texniki ləvazimatların satın alınması" müsabiqəsinin qalibi olub. Həmin tenderin müqavilə məbləği isə 717 min 332 manat 90 qəpik olub. məlumatda qeyd edilib ki, bu zaman dövlət büdcəsinə 1240 manat 66 qəpik vergi borcu olub.
Yerli mediada 2021-ci ildə gedən digər məlumata görə, “Təmir-Tikinti-Təchizat-Bərpa” QSC-nin qanuni təmsilçisi Elçin Əbilova gəlincə, onun adı cinayət işində keçib. Açıq mənbələrdə onun adına Vahid Məhkəmə Portalınada rast gəlinirb. Bəlli olub ki, Şirvan Apellyasiya Məhkəməsi Elçin Əbilov Cinayət Məcəlləsinin 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə təqsirləndirilən şəxs kimi mühakimə edib.
Xatırladaq ki, 2022-ci ildə elm və Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinə yeni rəisi Valeh Mirzəliyev olub.