Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Gəncədə müəyyən işlərin aparılmasına görə, 2023-cü ildə "TAİS İKF" MMC ilə tender müqaviləsi imzalayıb.
Nazirliyin sözügedən idarəsi "TAİS İKF" MMC ilə "2023-cü il ərzində Bakı şəhəri (Səbail və Nizami rayonları) və Gəncə şəhəri ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması"na görə 12.704.453,95 AZN məbləğində müqavilə imzalayıb. Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan "TAİS İKF" MMC-nin qanuni təmsilçisi Rafail Şirinov Məmməd oğludur.
Gəncə-Daşkəsən Region Təhsil İdarəsinə ayrılan 13 milyona yaxın vəsait şübhə doğurur. Belə ki, tikinti və ya ərzaq almaq üçün ayrılan maliyyə özünü doğrutmur. Bu sahədə kifayət qədər tikinti işinin olmaması, yeni, müasir məktəblərin, bağçaların ərzaq ilə təmin olunmasından əsər-əlamət yoxdur. Əgər həqiqətən də maliyyə ayrılan şirkət "TAİS İKF" MMC bunları həyata keçiribsə bəs, hanı?..
Qeyd etdiyimiz maliyyə məbləği ötən illərə də təsadüf edir ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Gəncədə guya ki, əsaslı təmirlər, region idarəsinə avadanlıq və ərzaq alınmasını təmin edib.
Mövzuya qayıdacayıq.
hurriyyet.az