Ölkənin kolbasa-sosis bazarında yer tutan “Kral” markalı məhsullar davamlı olaraq endirimdədir. İstehlakçılara “Kral” kolbasaları hər zaman ya endirimli məhsul kimi təklif olunur, ya da vitrində uzun müddət alınmayan mal kimi qalır. Müşahidəçilər də qeyd edirlər ki, nədənsə bu məhsullara tələbat azdır. Habelə, marketlərin satıcıları təsdiqləyirlər ki, “Kral” kolbasası çox satılan məhsullar sırasında deyil, ona görə məcburən ucuz qiymətə, yaxud endirimə qoyulur. Bunun səbəbi isə məlum deyil. Yəni hər hansı izah verilmir ki, məhsulun keyfiyyətində, yoxsa başqa məsələdə problem var. Tribunainfo.az yada salır ki, “Hakan Foods Azerbaican Trading Co LTD” MMC 2001-ci ildən “Kral” markası altında kolbasa, sosiska, servelat, vetçina, mal delikatesi və s. ət məhsulları istehsalı edir.
AQTA bu ilin aprelində Sevilən Ad” MMC, “AL-SANA” MMC, “Səhliyalı” Kiçik Müəssisəsi, “MİR-2016” MMC, “Hakan Foods Azerbaijan Trading” MMC, fiziki şəxs Vüqar Tahirov və fiziki şəxs Rövşən Məmmədov haqqında iş qaldırıb. Ət məhsullarının istehsalı və satışı zamanı əmtəənin keyfiyyəti və başqa xassələri barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməklə haqsız rəqabətə yol vermə əlamətləri üzrədir.
Bundan öncə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi müəyyən etmişdi ki, kolbasa və sosiska istehsalçıları üzərində mal əti yazdıqları halda alıcılara toyuq ətindən hazırlanmış məhsullar satıblar. Eyni zamanda, üzərində “halal” yazılmış kolbasaların tərkibində donuz əti olduğu aşkar edilmişdi.
Mənbə: Tribunainfo.az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)