Axtarış...

Nə mində bir bərəkət var.... NƏ DƏ HALALLIQ... - İTTİHAM

Nə mində bir bərəkət var.... NƏ DƏ HALALLIQ... - İTTİHAM

“1000 BƏRƏKƏT HALAL NEMƏT” ət və ət məhsulları ilə Azərbaycan bazarına daxil olan “Səhliyalı” şirkəti 1996-cı ildə fəaliyyətə başlayıb. 2000-ci ildən başlayaraq kolbasa və sosiska istehsalını həyata keçirdi.
Şirkətin reklamından bəlli olur ki, Avstriyadan müasir avadanlıqlar gətirilib, guya şirkətin işçiləri xarici ölkələrdə təcrübə keçiblər.
Bütün bunlar şirkətin özü barəsində ucuz və bayağı reklamdır.
Bəs əslində vəziyyət necədir ?
Birincisi ondan başlayaq ki, son 20-30 ildə “HALAL” adı altında ölkə bazarına o qədər halal olmayan, haram, ölmüş heyvan cəmdəkləri girib ki, Azərbaycan insanını belə reklamla aldatmaq mümkün deyil.
İkincisi, HALALLIQ təkcə ətlə, kolbasa ilə bağlı məsələ deyil. İnsan hər məsələdə halallığı qorumalıdır, yoxsa kolbasa ilə halallıq olmaz.
Üçüncüsü, bəzi şirkətlər Qafqaz Müsəlmanları İdarəsindən guya halallıq sertifikatı alaraq əhaliyə ən iyrənc məhsulları təqdim edirlər.
Elə “Səhliyalı” şirkətinin “Min bərəkət halal nemət” markası ilə satılan kolbasa və sosiskalarının istehsal olunduğu sexlərdən yayılan videolar göstərdi ki, məhsulların içindən siçan nəcisi, heyvan tükü çıxır.
Bunun harası HALAL oldu, cənab Səhliyalı ?
Bir məsələni unutmayın ki, Xırdalanda taxta sexinin ərazisini hasara alıb orada uzun illər gizli olaraq ölmüş heyvan, at, eşşək cəmdəkləri satılırdı və bu məsələyə yüksəkçinli bir polis zabiti “krışa”lıq edirdi. Bax, həmin zaman “Səhliyalı” şirkətinin Xırdalanda 2 kolbasa sexi var idi. Aydın oldumu ?
Təsəvvür edirsiniz, hətta hökumətin rəsmi orqanı olan qəzetlər yazıb ki, “Səhliyalı” kolbasa üçün ərəb ölkələrindən mənşəyi məlum olmayan, üfunət iyi verən heyvan əti gətirir və ətə o qədər ədviyyat, zərərli maddələr vurulur ki, üfunət iyi çəkilsin.
Şirkət hətta öz saytı olan sahliyalı.com-da da ət məhsullarını haradan aldığını göstərmir.
Bəs onda istehlakçı aldığı məhsulun tərkibini, mənşəyini haradan bilsin ?
Hətta mediada şirkətin istehsal etdiyi sosiskadan siçan ətinin çıxmasını göstərən faktlar da var.
Bəli, mediada “Min bərəkət, halal nemət” adlı kolbasaların konkret olaraq leş ətlərdən hazırlandığı barədə ciddi informasiyalar var.
“Səhliyalı”nın çox iyrənc reklamı da var. Guya öz halallığını camaata göstərmək üçün hamını gözünün qarşısında “Bismillah” deyərək xüsusi aparatla heyvanın başı kəsilir. Bu biabırçılıqdır, vəhşilikdir.
Bir məsələni də unutmaq olmaz ki, dünyada onkoloji xəstəliklərin mənbəyi daha çox kolbasadır.
Bir sözlə, Bəşirovlar ailəsinə məxsus olan “Səhliyalı” şirkəti Min bərəkət adı altında min hoqqadan çıxır. //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ






Şərh yaz