Müştəri Səbinə Həsənova mağazadan aldığı “Kral” kolbasasının xarab çıxdığını iddia edir.
Pravda.az-ın xəbərinə görə, o, fotoları sosial şəbəkədə paylaşaraq yazıb: “Sizcə, bu kolbasanı hansı formada doğrayıb qaba yığmalıyam? Bu təzə növdür?”
Şirkət isə istehlakçının iddialarına cavab verməyib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Pravda.az