Axtarış...

"Ovçular Ət və Ət Məhsulları" MMC-nin AQTA-dakı himayədarı artıq fəaliyyətə keçdi - Rəsmi məlumatlar portaldan silindi...

"Ovçular Ət və Ət Məhsulları" MMC-nin AQTA-dakı himayədarı artıq fəaliyyətə keçdi - Rəsmi məlumatlar portaldan silindi...

Qoşqar Təhməzli ÖZÜNÜN VERDİYİ QƏRARI ÖZÜ LƏĞV ETDİ. BƏS onun öz qərarından imtinasına səbəb nədir?
Bir müddət əvvəl AQTA ilə bəzi iş adamları arasında gizli sövdələşmə olduğu ilə bağlı məqaləmizdə məlumat vermişdik. Bu gün isə həmin şəxslər Qoşqar Təhməzlinin rəhbəri olduğu agentliyin qərarını ləğv etdirə bilməsi onların yüksək vəzifəli şəxslər olduğunu bir daha subut etdi. AQTA rəsmi saytında verdiyi bəyanatı sildi. Cəmiyyətə məhsullarda aşkar edilən nöqsanları çatıran AQTA verdiyi qərardan göründüyü qədər peşmançılıq hissi yaşayıb.

Əvvəl AQTA rəsmi saytından 06.04.2023-cü il tarixdə bu gördüyünüz məlumatı paylaşıb. Azərbaycan mediası isə rəsmi xəbər yayımlayıb. İnformasiya mərkəzlərində AQTA verdiyi məlumatlar rəsmi götürülmüş və bunun əsasında məlumatlar dərc edilmişdir. Bu gün isə məlum olur ki, 06.04.2023-cü il tarixində dərc edilən məqalələrin əsası yoxdur. kimlərki məsələnin AQTA saytı tərəfindən yayılmasın subut etmək istəyibsə məlumatın yayılması ilə bağlı skrinshot edərək məlumatın subutların saxlayıb.

Qeyd edilən məlumatlar niyə portaldan silinib...?

/ Multimonitorinq Planının icrası məqsədilə kolbasa və sosiska məhsullarından götürülmüş nümunələrdə aşkarlanan uyğunsuzluqlara dair Nəticələr /

"Səhliyalı" Kiçik Müəssisəsi,
"Səhliyalı" yarım hisə verilmiş "Servelat" kolbasası 10.02.2023 Tarixində Üzərində mal əti bəyan edilsə də, tərkibində toyuq DNT-si aşkarlanıb.

Rəhimovların Ailə Təsərrüfatı
"Kəndli" bişirilmiş hisə verilmiş kolbasa 22.02.2023 Tarixində Üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si aşkarlanıb

"Sevilən Ad" MMC
"Dilim-Dilim" bişmiş "Lyubitelskaya" kolbasası 21.02.2023 Tarixində Təhlükəsizlik
göstəricilərində uyğunsuzluq aşkarlanıb
"Əsl Dad" bişmiş "Toyuq" kolbasası 10.02.2023
"Əsl Dad" bişmiş "Doktorskaya" kolbasası 20.02.2023 Tarixində

"Mir 2016" MMC

"Köhnə Dad" yarım hisə verilmiş "Servelat" kolbasası 04.02.2023 Tarixində Üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb

"M&T" Ltd firması

"Sevimli Dad" əla növ südlü sosiska 05.02.2023 Tarixində Üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb

"Səhliyalı" Kiçik Müəssisəsi

"Halal 5+" "Sacüstü" halal sosiska 04.02.2023 Tarixində Üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb

"Ovçular Ət və Ət Məhsulları" MMC

"Ovçular" "Külləmə" halal sosiska 17.02.2023 Təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanıb.

Yuxarıda qeyd edilənlərin hər biri AQTA rəsmi saytında yayılan məlumatdır. daha sonra yüksək çinli məmur və ya onların cibinin gücünə rəsmi məlumatlar portaldan silinmişdir. Burdan isə belə bir sual çıxır. Görən AQTA nəyin qarşılığında özünün verdiyi rəsmi məlumatı silib? Azərbaycanda artıq tendensiya halın almış bu proses rəsmi qurumların portalarından məlumatların silinməsinə gətirib çıxardıb...?
Xəbər verdiyimiz kimi "Ovçular Ət və Ət Məhsulları" MMC-nin məhsullarında ciddi nöqsanlar olduğundan AQTA-da olan himayədarları tərəfindən adlarına mənfi hər hansı məlumatın dərc edilməsinin qarşısı suni yollarla alınmaqdadır. AQTA rəhbərliyi məsələdən xəbərdar deyilsə demək işində böyük nöqsanlara yol verir. Yox əgər məlumatlıdırsa demək yenədə işində nöqsana yol verməklə satışa buraxılmalı olmayan məhsulun hər hansı nəyinsə qarşılığında yayılmasına şərait yaratmaqdadır. Özlərinin verdiyi məlumatı təkzib edəcəklərsə iddiaları əsaslandıracaqlar. bəs o zaman verilən məlumat təkzib edilmirsə yayılan informasiyadan sonra məlumatlar niyə hansı səbəbdən portaldan silinib...?

Etibarlı mənbəmizin verdiyi məlumatlarda AQTA daxilində "Ovçular Ət və Ət Məhsulları" MMC-i müdafiəsini və himayəsini üzərinə götürən şöbə müdirinin olması qeyd edilirdi. Məhs baş vermiş bu əməldən sonra mənbənin verdiyi məlumatın möhtəbər məlumat olduğu qənaitinə gəlinmişdir.

Rəsmi AQTA portalının ikinci durumu bundan ibarətdir hec bir müdaxilə edilməyən fotolardanda AQTA qanunları deyil şəxslərin maraqlarını təmin etdiyi açıq görünməkdədir. Artıq bütün mediada AQTA tərəfindən qanunlarımız deyil işadamlarının şəxsi maraqları təmin edilməsi cəmiyyətdə bir mənalı qarşılanmayır. Prezidentin edimadını doğrultmayan qumurm verilmiş ixtiyardan şəxsi maraqlara istifadə halları cəmiyyətin gözündə görünəndir. Bəs bu qurum hansı fəaliyyəti ilə özünü etimadın doğrultması kimi qiymətləndirir. məsələ ilə bağlı rəsmi qurumlarında mövqeyn dinləməyə hazırıq.

Redaksiyamıza verilən məlumata görə, "Ovçular Ət və Ət Məhsulları" MMC keçmiş əməkdaşı tərəfindən məhkəməyə verilib. Aldığımız məlumatda qeyd edilir ki? Sevinc Qazıyeva Tofiq qızı məhkəmədən yazılı olaraq

1. Fidan Babayevanın CM-nin 182-ci maddəsi ilə ittiham edilməsi ilə bağlı qərardat qəbul edəsiniz.
2. Cavid müəllimin bu iddiada "OVÇULAR ƏT VƏ ƏT MƏHSULLARI" MMC-nin müdafiəsini təşkil etməsinə izin verilməsin.
3. Bu vəsadətdən hər hansı təmin edilməyəcəyi təqdirdə netral rayonda işə baxılması üçün qərar qəbul etmənizi xahiş edirəm.

Vəsadət verib. Lakin verdiyi vəsadət hakim tərəfindən düz olmadığı bildirilərək dəyişdirilməsi üçün vətəndaşın özünə qaytarılıb. Vətəndaş S.Qazıyevdən əldə etdiyimiz məlumata görə Hakim Ülkər xanım və qarşı tərəfin vəkili hansı ki onu təhqir etmiş və vatsapp yazışmalarında hədə qorxu ilə rəsmi ərizəsi əsasında işdən azad edilməsi tələb edildiyi halda hakim məsələdə qarşı tərəfin maraqlarını təmin etməyə çalışır. Artıq bir necə prosesdir ki, hakim qarşı tərəfin yalanlarına etibar etdiyini əməlində göstərmiş və verilən vəsadətlərə şifahi don geyindirməklə geri qaytarmışdır. Bu addımın isə onun əlehinə atılan adım olduğun deyən S.Qazıyeva hüquqlarının hakim tərəfindən bərpa ediləcəyinə inanmadığın bildirib. Artıq gedən prosseslərin hakim və ittiham tərəfin vəkili arasında olan səmimiyyət iddiamın təmin edilməyəcəyindən xəbər verir. O qarşı tərəfin çox pulu arxalı olduğun qeyd edərək əlində olan maddi subutların məhkəmə tərəfindən qiymətləndirilmədiyini, cinayət əməli törətmiş şəxslərə qarşı heç bir hüquqi tədbirin görülmədiyin qeyd edib.

Baxmayaraq ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, (Dövlət ittihamçısının) vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışını dayandırmalıdır. Bu halda məhkəmə müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının 10 (on) gün müddətində təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə əsaslandırılmış qərar çıxarır. Bundan sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təqsirləndirilən şəxsə qarşı yeni ittiham irəli sürülərsə, məhkəmə baxışı məhkəmə iclasında həmin ittihamın elan olunması ilə təzələnir və məhkəmə baxışının davam etdirilməsi ümumi qaydada həyata keçirilir. Məhkəmə baxışı zamanı tәqsirlәndirilәn şəxsin hərəkətlərində daha ağır cinayətlərin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər.

Bu qanunda qeyd edildiyi kimi mülkü işlər üzrə məhkəmə baxışı olduğundan məsələdə dövlət ittihamçısı yerində iddiaçı tərəf əvəz edilməsi labüd görünən məqamdır ki hakim bu iş daxilində müəyyən olunan cinayət əməlinin barəsində tədbir görülməsinə dair qərardat qəbul edərək prokurorluğ orqanına cinayət işinin araşdırılmasını həvalə etməlidir. Lakin görünən odur ki hakim iddiaçınında iddia etdiyi kimi qarşı tərəfin maraqlarına yəni ittiham olunanın müdafiəçisi qismində prosess aparmaqdadrı. Məsələ ilə bağlı növbəti məhkəmə baxışı 19.04.2023-cu i tarixində Nizami rayon məhkəməsində olacaqdır. Prosessdə jurnalistlərində iştirakı gözlənilir.

Qarşı tərəfin mövqeyn dərc etməyə hazırıq.
/ulutv.info/
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz