Azərbaycanın ictimai-siyasi həyatında öz fəaliyyəti ilə seçilən sabiq nazirlər, millət vəkilləri, partiya rəhbərləri, ziyalılar, mədəniyyət nümayəndələrinin hazırda hansı fəaliyyətlə məşğul olması ictimaiyyət üçün daim maraqlı olub. Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev də cəmiyyət üçün maraqlı olan ziyalılardan biridir.
Əbülfəs Qarayev haradadır?
Bizim.Media-ya açıqlama verən Əbülfəz Qarayev bildirib ki, o, hazırda fəaliyyətini müəllim kimi davam etdirir:
“Hazırda Azərbaycan Turizm və Menecement Universitetində dosent kimi fəaliyyət göstərirəm. Mən heç vaxt mətbuatdan gizlənmirəm. Bəzi vaxtlarda Bakıda olmuram. Lakin hazırda paytaxtdayam, bir sıra tədbirlərdə iştirak edəcəm”.
Qeyd edək ki, Əbülfəz Qarayev 1994–2001-ci illərdə Gənclər və İdman naziri, 2001–2006-cı illərdə Gənclər, İdman və Turizm naziri, 2006–2018-ci illərdə Mədəniyyət və Turizm naziri vəzifələrində çalışıb.
2018-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilib, 21 may 2020-ci ildə isə Azərbaycan Respublikasının vəzifəsindən azad edilib.