Axtarış...

Əbülfəs Qarayev: “Mən bugünkü iclasa ürək ağrısı ilə gəldim”

Əbülfəs Qarayev: “Mən bugünkü iclasa ürək ağrısı ilə gəldim”

“Bəzi insanlar tarixi abidələri daşla vurub sındırırlar, üzərinə adlarını yazırlar, lazımsız reklamlar vururlar, sonra deyirlər ki, dövlət mədəni irsimizi qorumur“.

“Report” xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri”nin elektron portalının təqdimatında deyib.

Nazirin fikrincə, gərək hər bir vətəndaş tarixi sərvətləri qorumağın vacibliyini anlasın: “Biz özümüz ölkə daxilindəki abidələri lazımı qədər qoruya bilirikmi? İnsanlar yenə də hər şeyi dövlətin üstünə atırlar. Başqa ölkədə tarixi binaya bir dənə mıx vurmaq üçün azı 150 sənət yığmaq lazım olur. Hərdən biz aciz qalırıq.

Bu proses insanların şüurunda olmalıdır. Bunu insanların şüuruna necə daxil edək? Nazirin çıxışları ilə, televiziya vasitəsilə uzun uzadı danışmaqla, yoxsa qəzetlərdə məqalələr yazmaqla, müasir texnologiyalarla ya da məktəblərdə bunu etməliyik? Hər şey vəhdət təşkil etməlidir. Mən bugünkü iclasa bunun ürək ağrısı ilə gəldim. Ona görə ki, biz hələ indi öz sərvətlərimizin dəyərini anlayırıq. İndi onu dünyada tanıtmağa başlamışıq”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz