Axtarış...

Əbülfəs Qarayevin işçisi də büdcəni belə dağıdır... - İTTİHAM

Əbülfəs Qarayevin işçisi də büdcəni belə dağıdır... - İTTİHAM

Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsində maliyyə fırıldaqları baş alıb gedir. Bu barədə MilliYol-a daxil olan məlumatda bildirilir.

Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin (Kürdəmir, İmişli, Füzuli, Beyləqan və Xocavənd rayon mədəniyyət və turizm şöbələrinin bazasında Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi) Beyləqan şöbəsinin Baş məsləhətçisi işləyən Nazim Mirəzyev regional idarənin müdiri Elman Məmmədovla əlbir olaraq dövlət vəsaitlərini mənimsəməklə məşğuldurlar. Bu barədə MilliYol-a daxil olan məlumatda vurğulanır ki, Nazim Mirəzyev bir vaxtlar Mədəniyyət və Turizm Nazirliyinin Beyləqan şöbəsində “bərkgedən” idarə müdirlərindən biri olub. Çünki həmin vaxtlar onun arxasında yaxın qohumu, himayədarı nazir müavini Ədalət Vəliyev dayanırdı. Nazim Mirzəyevin hətta bəzi müğənnilərin ad alması üçün Ədalət Əliyevlə onlar arasında “maklerlik” etdiyi də söylənilir.

Əbülfəs Qarayevin işçisi də büdcəni belə dağıdır...

Qeyd edək ki, iyunun 27-də prezident mədəniyyət nazirinin müavinlərinin və nazirlik yanında dövlət xidmətinin rəisinin təyin olunması haqqında sərəncam imzalayıb. Lakin bu sərəncamda Ədalət Vəliyev nazir müavini olaraq öz vəzifəsini qoruya bilməyib. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, sabiq nazir müavininin adı dəfələrlə mətbuatda qalmaqallarda hallandığı üçün işdən çıxarılıb.

MilliYola-a daxil olan məlumatda bildirilir ki, Elman Məmmədovdan öncə Regional İdarənin müdiri olmağa çalışan Nazim Mirzəyevin istəyini Ədalət Vəliyev heç cürə həyata keçirə bilməyib. Nazir Əbülfəz Qarayev Elman Məmmədovu Regional İdarənin müdiri təyin etməklə Nazim Mirzəyevi üstündən xətt çəksə də, Mirəzyev öz mövqeyini və hakim imkanlarını qoruyub saxlaya bilib. Hazırda isə Nazim Mirzəyev regional idarədə atını sağa da, sola da çapır və köhnə əməlləri davam etdrir.

Başqa bir mənbədən əldə etdiyimiz məlumatda isə bildirilir ki, son zamanlar Ədalət Əliyev Nazim Mirzəyevi Elman Məmmədova tapşırandan sonra onlar dostlaşıblar və birlikdə regional idarəyə ayrılan büdcə vəsaitlərini talan etməklə məşğul olurlar. Beyləqandan MilliYol-a daxil olan məlumatda qeyd edilir ki, hazırda Nazim Mirzəyevlə Elman Məmmədovun əsas maliyyə fırıldaqları dərs saatlarının şişirtməklə, saxta dərnəklərin təşkili ilə büdcə vəsaitlərini silməkdən və adı olub özü olmayan işçilərin maaşlarını mənimsəməkdən ibarətdir. Regional İdarənin müdiri ilə baş məsləhətçinin hər ay büdcədən 7-8 min manat arası pul mənimsədikləri qeyd olunur.

Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz