Son dövrlərdə idaretmə orqanlarında gəncləşdirmə siyasəti özünü aydın formada büruzə verməkdədir. Bu siyasətin məntiqi nəticəsi olaraq bir sıra yüksək vəzifələrə gənc kadrlar təyinat alıblar.
Lakin ölkəmizdə hakimiyyətin icredici qolunun ikinci pilləsi olan Nazirlər Kabinetində müxtəlif vaxtlarda təmsil olunmuş məmurlar var ki, illərlə yüksək vəzifələr icra ediblər.
Millitv.az bildirir ki, Bizim.Media bu cür məmurların siyahısını hazırlayıb:
Yaqub Eyyubov
Baş nazirin birinci müavini Yaqub Eyyubov 2003-cü ildən etibarən bu vəzifəni icra edir. Artıq baş nazirin I müavini kimi 19 illik staja malik olan Y. Eyyubov 1999-2003-cü illərdə Baş nazirin müavini kimi fəalliyət göstərib.
Şahin Mustafayev
2019-cu ildən etibarən Baş nazirin müavini olan Şahin Mustafayev əvvəlki illərdə də bir sıra yüksək vəzifələrdə çalışıb. O, 2008-13-cü illərdə iqtisadi inkişaf, 2013-16-cı illərdə iqtisadiyyat və sənaye, 2016-19-cu illərdə isə iqtisadiyyat naziri kimi çalışıb.
Samir Şərifov
Azərbaycan Respublikasının sayca 5-ci maliyyə naziri olan Samir Şərifov da NK-nin stajlı üzvlərindəndir. O, 2006-cı ildən etibarən bu vəzifədədir.
Nazirlər Kabinetinin əvvəlki üzvləri içərisində də uzun müddət vəzifə tutmuş məmurların sayı kifayət qədərdir:
Artur Rəsizadə
Sabiq Baş nazir Artur Rəsizadə 2003-2018-ci illərdə bu yüksək vəzifəni icra edib.
Hüseynqulu Bağırov
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sabiq rəhbəri Hüseynqulu Bağırov 2001-2018-ci illər arasında sözügedən vəzifəni 17 il icra edib. O, 2000-2001-ci illərdə ticarət naziri vəzifəsində olub.
Ramil Usubov
Müstəqillik dönəmində ən uzun müddət nazirlik kürsüsündə əyləşmiş şəxslərdən biri də məhz sabiq daxili işlər naziri Ramil Usubovdur. O 1994-2019-cu illərdə, düz 25 il nazir vəzifəsində olub.
Əli Həsənov
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənov 1998-2008-ci illərdə bu vəzifəni icra edib. Buna paralel olaraq o, 1998-2019-cu illərdə Baş nazirin müavini kimi NK-da yer alıb.
Fazil Məmmədov
Sonradan ləğv edilən Vergilər Nazirliyinə Fazil Məmmədov 2000-2017-ci illərdə rəhbərlik edib.
Oqtay Şirəliyev
Eks səhiyyə naziri Oqtay Şirəliyev də stajlı nazirlərdəndir. O, 2005-2021-ci illərdə nazir kürsüsündə əlyəşib.
Ziya Məmmədov
Sabiq nəqliyyat naziri Ziya Məmmədov 15 il bu vəzifəni icra edib. O, 2002-2017-ci illərdə Nazirlər Kabinetində olub.
Əbülfəs Qarayev
Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev 26 il Nazirlər Kabinetində olub. O, 1994-2001-ci illərdə gənclər və idman, 2001-2006-cı illərdə gənclər, idman və turizm, 2006-2018-ci illərdə mədəniyyət və turizm, 2018-2020-ci illərdə isə mədəniyyət naziri vəzifəsində çalışıb.