Elxan Dadaşov 100-ə yaxın mənzili tələbələrə kirayə verib...
Haqqında bəhs edəcəyimiz Dadaşov Elxan Rəsul oğlu texnika elmləri namizədidir və Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimidir.
Təsəvvür edirsiniz, bir müddət əvvəl köhnə Jiquli ilə Bakıya gələn, Universitetin sıravi müəllimi olan Elxan Dadaşov az vaxtda milyonçuya, oliqarxa çevrildi.
Dünyada milyonçular, hətta milyarderlər var, onlar uzun illərin biznes çalışmasından sonra milyonçuya çevriliblər.
Amma adi, sıravi Universitet müəlliminin qısa vaxtda milyonçuya çevrilməsi analoqu olmayan haldır.
Sözün qısası, adi Universitet müəllimi qısa bir zamanda TİKİNTİ MAQNATINA çevrilib.
Əslən Qəbələ rayonunun Qaradeyin( Qəmərvan) kəndində anadan olan Elxan Dadaşovu yaxından tanıyanlar da bilir ki, alim kimi də bir dərin alim deyil, yəni onun üçün Universitet də bir biznes sahəsidir. Yəni bu adam təhsilə də ticarət, biznes kimi baxıb.
Sözün qısası, yazını qələmə alarkən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovla biznes ortağı olan Elxan Dadaşovun təkcə Azərbaycan Tibb Universitetinin Müalicə korpusunun tikintisindən 6 milyon manat mənimsədiyini eşidəndə dəhşətə gəldim. İcra başçısı hara, gizlincə şəriklik hara? Artıq hamı danışır ki, Elxan Dadaşova bütün işlərində Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov dəstək olur.
Belə ki, ATU-nun Müalicə korpusunun smetası 35 milyon manat dəyərində olub. Və tikintinin tenderini Elxan Dadaşov Asif Əsgərovun əli ilə udub. Bu işdə həqiqətən də ona Nəsimi Rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov dəstək olub. Son nəticədə Asif Əsgərovla Elxan Dadaşov 6 milyonu mənimsəyiblər.
Fikir verdinizmi, təkcə bir binanın tikintisində dövlətin ayırdığı 6 milyon şəxsi ciblərə gedib.
Bu Elxan Dadaşovun oğurladığı yüz milyonların bir hissəsidir.
Bu cinayət əməllərində Elxan Dadaşovun ortaqlarından biri də əslən İmişlidən olan Şükürov Əvəzdir. Tender məsələlərində Əvəz Şükürovun əli çox yerlərə çatır.
Bəli, çox qısa müddətdə tikinti maqnatına çevrilən Elxan Dadaşov köhnə JİQULİ-dən düşüb ən bahalı S-KLAS avtomobillərə sahib olub.
Bu gün Elxan Dadaşov şəhərdə mühafizəçilərlə gəzir, sürücüləri və daha nələri...
Təkcə onu qeyd edək ki, Elxan Dadaşov bu il Antaliyada ailəsi ilə istirahətinə 40 min dollar xərcləyib.
Onu da qeyd edək ki, Elxan Dadaşovun bacısı vaxtilə Nazirlər Kabinetində şöbə müdiri işləyib və hazırda təqaüddədir.
Elxan Dadaşov həm də Bakıda kirayə mənzillər kralı kimi tanınır.
Belə ki, Elxan Dadaşov müxtəlif binalarda 100-ə yaxın mənzili alaraq tələbələrə kirayə verib. Və hər ay öz tələbələrindən kirayə haqqı alır.
Beləsinin müəllim olmağa mənəvi haqqı varmı..?
Onu da qeyd edək ki, Elxan Dadaşov kirayə verdiyi mənzillərdən hər ay icarə haqqını almaq üçün ayrıca ofis açıb və orada 4 nəfər işçi çalışır.
Onların əsas işi hər ay icarəyə verilən obyektlərdən, mənzillərdən aylıq pulu alıb Elxan Dadaşova çatdırmaqdır.
Ən dəhşətlisi odur ki, bu pullardan 1 manat da dövlətə vergi ödənilmir.
Elxan Dadaşovun tikdiyi binalar əsasən 3-cü mkr dairəsinə yaxın ərazidə, Bakının Nəsimi, Xətai və digər rayonlarındadır.
Elxan Dadaşovun təkcə mülklərinin dəyəri 200 milyondan çoxdur...
Elxan Dadaşov əvvəllər Sumqayıtda yaşayırdı. İndi Sumqayıtdakı tikintiləri qardaşı Səyyaf Dadaşova həvalə edib.
Elxan Dadaşovun Novxanıdakı bağının dəyəri neçə milyondur.
Bir sözlə, adi Universitet müəlliminin qısa vaxtda 100 milyonlara sahib olması əsl KORRUPSİYA möcüzəsidir.
Yəqin ki, Baş prokurorluq yanında Korrupsiya İdarəsi Elxan Dadaşovun bu əməllərini araşdırmalı olacaq.
Araşdırmamız davam edir, bizi izləyin.
gundelik baki.com
Millitv.az olaraq iddia olunanlarla bağlı qarşı tərəfidə dinləməyə hazırıq!