"Lənkəran-Astara Regional İdarənin rəhbəri Elxan Nəcəfov rüşvətxorluq baş alıb gedən Cəlilabad təhsində guya "problem həllə etməyə" gəlibmiş... Amma gəlişi barədə cəlilabadlılara heç bir məlumat verilməyib!" DİA.AZ xəbər verir ki, bu barədə Cəlilabad sakini Mədət Quliyev giley edir.
Daha sonra narazı təhsil işçisi yazır: "Aydın məsələdir ki, gəlişinizin gizlin saxlanmasının əsas səbəbi Cəlilabad təhsilində baş verən özbaşınalıqlardan şikayət edən çoxsaylı real şikayətçilərin xəbərdar olmamağı idi! Əks halda real problemləri sizə deməyə gələn axının qarşısını rüşvətxor, saxtakar Ağaxan Ağayev ala bilməyəcəkdi!
Cəlilabad təhsilində ən böyük problem yaradan şəxs olan saxtakar Ağaxan Ağayevlə bərabər hansı problemləri həll etdiniz ki?
Əgər doğurdanda problem həll etmək istəyirsizsə, Cəlilabad rayonundakı məktəblərində təhsil şöbəsinin xəbəri olmadan şəffaf dürüst yoxlamalar aparın!"
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...