Axtarış...

Alim Süleymanov - 65

Alim Süleymanov - 65
Xeyirxah,əməli saleh, dəyərli ziyalı əziz Alim mūəllim!

Sizi əlamətdar gūn-65 yaşınızın tamam olmaģı mūnasibətilə ūrəkdən təbrik edirik. Sizə möhkəm cansaģlığı, uzun ömūr, dini və mənəvi ənənələrimizin qorunub saxlanılması və gələcək nəslə ötūrūlməsi istiqamətində görūlən işlərdə yeni- yeni uģurlar arzulayırıq.

Bildirmək istəyirik ki , dəyərli ziyalımız Alim Əli oğlu Süleymanov 22 sentyabr 1955-ci ildə Zəngilan rayonunda anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Universiteti, tarix fakültəsində alan Alim müəllim , Bakı Dövlət Universitetinin aspiranturasında bitirib.

1977 - ci ildə Tarix müəllimi kimi işə başlayaraq sonradan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində laborant, kabinet müdiri, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, baş müəllim, Universitet Elmi Şurasının üzvü kimi uzun və şərəfli yol keçib.

Gözəl ziyalı və peşəkar pedeqoq olan Alim müəllim Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutu “Humanitar fənlər” kafedrasında baş müəllim, Azərbaycan Dövlət İqtisad Universitetinin “Azərbaycan tarixi “ kafedrasında baş müəllim kimi faliyyəti göstərib.

2014-ci ildən başlayaraq Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Ümumi şöbənin müdiri, hal - hazırda eyni Komitənin Aparat rəhbəri vəzifəsində çalışır.

Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 31iyul 2018-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

Bir daha dəyərli ziyalımız olan Alim müəllimi həyatındakı bu gözəl əlamətdar gün münasibət ilə Media Məlumat Mətkəzinin bütün kollektivi adından təbrik edirik ona həyatda uğurlar və müvəfəqiyyətlər arzulayırıq.

Media Məlumat Mərkəzinin
kollektivi
[/justify]
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz