Axtarış...

Havar Məmmədovun BATIRDIĞI TƏHSİL... - İTTİHAM

Havar Məmmədovun BATIRDIĞI TƏHSİL... - İTTİHAM


Rüşvət və korrupsiya ilə bağlı yazıları yazanda illər öncə oxuduğum bir fikir yadıma düşdü.
Adını unutduğum alimlərdən biri qeyd edir ki, korrupsiya dünyanı, bəşəriyyəti təhlükəli vəziyyətə salacaq.
Bu gün bəşəriyyət necə ki, adi bir koronavirusun əlində əsir-yesir olub haa....bax, ondan 100 dəfə təhlükəlisi korrupsiyadır.
Yəni söhbət təkcə Azərbaycandan getmir, bütün ölkələr korrupsiyaya bulaşıb. Amma...
Əmması odur ki, Azərbaycanda adi bir universitet rektorunun varidatına nəzər salanda adamın ayaqlarının altından az qala yer qaçır, torpaq sürüşür.
Adam düşünür ki, ilahi, alim adı daşıyan, dövlətdən konkret olaraq 1000-1500 manat maaş alan, allah qoymasa, adını ziyalı qoyan rektor bu 100 milyonları necə qazanıb ?
Daha dorğusu, qazanıb yox ee, necə, hansı yolla əldə edib..?
Görəsən, bu adam universitet rektorudur, yoxsa..?
Lətifəsi Havar müəllimdən uzaq olsun, təkcə onu demirik ee...əlisi belə, vəlisi belə, qırılmşın hamısı belə...
Nə isə, keçək konkret olaraq rektor Havar Məmmədovun biznes dünyasına.
Qısa məlumat üçün qeyd edək ki, Havar Məmmədov 2000-ci ildən 2016-cı ilədək Azərbaycan Texniki Universitetinin ( ATU ) rektoru olub.
Havar Məmmədov Azərbaycan cəmiyyətində alim, ziyalı kimi deyil, tələbəyə pul kimi baxan rektor kimi ad çıxarmışdır. Bu adam bir vaxtlar ATU-nun idman zalını 20-30 manata itboğuşduranlara icarəyə vermişdi. Yəni bu adam üçün əsas puldur. Deyilənə görə uzun illər ATU-sda “3” qiyməti 50 manat, “4” qiyməti 80 manat, “ 5” qiyməti 120 manat, dövlət imtahanlarının qiyməti isə 500 manat olub. Bu adam rektor olduğu 16 il müddətində sözün həqiqi mənasında oliqarxa çevrildi. Bu adamın biznes şəbəkəsinə baxın: Binəqədi rayonu, Xocahəsən qəsəbəsində fəaliyyət göstərən dəmir zavodunda armatur və digər məhsullar istehsal edilir. Dörd milyon dəyərində villa. Universitetin təmirinə ayrılmış pulların bir qismi Novxanıda bahalı villanın inşa edilməsinə sərf olunub. Heydər Əliyev Məscidinin yaxınlığında, dəyəri 6 milyon olan 3 mərtəbəli villası. Rektor Havar Məmmədov “Saba Gars” avtomobil mərkəzinə və “MakroMarket” mağazalar şəbəkəsinə 50 faizlə şərikdir. Və daha nələr…
Sual oluna bilər ki, rektor bütün bunları hansı pulla əldə edib. Bəli, Havar Məmmədov artıq 2016-cı ildə rüvətxor rektor kimi ad çıxarmışdı. Hətta onunla bağlı Təhsil Nazirliyinin qərarı var idi. Ki, yaxın zamanlarda vəzifədən uzaqlaşdırılsın. Amma…
Birdən Fətullah Gülən məsələsi ortaya çıxdı və Qafqaz Universitetini Havar müəllimə verdilər.
Sözün düzü, Qafqaz universitetini Havar müəllimə vermək, təhsilə, elmə.....ironiya idi.
Bəli, Havar Məmmədov 2016-cı ilin sentyabrından 2017-ci ilin martınadək Qafqaz Universitetinin rektoru vəzifələrində çalışıb. Sonradan Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin tabeçiliyinə verilib. Amma az vaxt sonra həmən universitetin bazasında yeni bir ali məktəb, Bakı Mühəndislik Universiteti yaradılıb. Və rektoru Havar Məmmədov olub.
Həə, ən maraqlısı odur ki, saytlarda yayılan məlumata görə, Havar Məmmədov Bakı Mühəndislik Universitetinin ( BMU ) həyətini satır, icarəyə verir, hətta elan saytlarında universitetin 20 hektar ərazisində arpa-buğda əkiləcəyi ilə bağlı xəbər də var.
Vallah deyəsən Havar müəllim Azərbaycan təhsilinin başında turp əkəcək.
İndi görək, Havar Məmmədovun müavinləri, yəni prorektorlar hansı oyunlardan çıxırlar.
İlk öncə BMU-nin Tədris işləri üzrə prorektoru Həmzağa Orucovdan başlayaq.
Bu adam BMU-ində boz kardinal kimi tanınır. Və əsasən işə qəbul, yəni ştat məsələsinə baxır. Yəni universitetə işə adam düzəltməklə böyük varidata sahib olub. Kəsr, imtahan biznesi də Həmzağa Orucovun əlindədir. Deyirlər ki, o rektorun qara kassasıdır.
İkinci prorektor isə BMU-nin Tərbiyə işlərinə məsul olan Bayram Hüseynzadədir.
Bu adam rektorun bütün gizli və qaranlıq işlərini həyata keçirir. Bu adama rektorun "panda qutusu" deyirlər.
Rektorun Maliyyə məsələləri üzrə nümayəndəsi isə Elçin Zeynalov olub. Hazırda rəhmətə getdiyi üçün Havar Məmmədov onun yerinə bir nəfəri otuzdurub və onun əli ilə…
Maliyyə maxinasiyalarını, büdcədən ayrılan pulların mənimsənilməsini, tenderlər vasitəsilə pulların nağdlaşdırılmasını, mebel və başqa inventarların alınması ilə pulların silinməsini həyata keçirir.
Digər prorektorlar, Elmi işlər üzrə prorektor Elçin Süleymanov və Beynəlxalq əlaqələr üzrə prorektor Manafəddin Namazovun barəsində də redaksiyamıza ilginc məlumatlar daxil olub. Hazırda araşdırırırq.
Universitetin tədris müdiri ilə cavan müəlliməyə münasibəti, mühafizə rəisinin xanımlarla dostluğu, idman müəlliminin 1-ci kurs tələbəsi olan qıza təklifi və s...barədə çox yazıldığı üçün təkrarçılıq etmirik.
Bircə onu deyirk ki, Havar müəllimin universitetdə yaratdığı ab-hava təkcə təhsilin səviyyəsinə deyil, həm də tələbələrin tərbiyəsinə də pis təsir edir.
Yazıda müxtəlif saytlarda dərc olunmuş materiallardan istifadə edilib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ






Şərh yaz