Axtarış...

Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova 1 MİLYONU hara xərcləyib ?- ŞOK FAKTLAR

Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova 1 MİLYONU hara xərcləyib ?- ŞOK FAKTLAR

Gülçöhrə Məmmədovanın universiteti, kolleci, riyaziyyat litseyi və üstəlik Layihə institutu….

Xanım rektorun şəxsi klinikası, özəl “avtostoyanka”ları, gözəllik salonu…

Memarlıq və İnşaat Universiteti, yoxsa Gülçöhrə Məmmədovanın “şəxsi təsərrüfat”ı..?

Bütün sivil dünyada vəzifəli şəxslərin vəzifədə olması ilə bağlı ciddi məhdudiyyətlər var.
Yəni bir insan eyni vəzifədə neçə il, neçə dəfə ola bilər.
Hətta dünyada prezdentlərin, dövlət rəhbərlərinin vəzifə müddəti məhdudlaşdırılır.
Amma bütün bunların Gülçöhrə Məmmədovaya zərrəcə dəxli yoxdur.
Gözümüzün önündə son 30 ildə neçə dəfə hakimiyyət dəyişdi, nazirlər getdi, onlarla rektor vəzifəsini tərk etdi, amma…
Amma, Güşlöhrə xanım Məmmədova 23 ildir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektorudur.
Həqiqətən də inanılası deyil ki, bir insan 23 il bir ali təhsil ocağına rəhbərlik edə. Həm də…
Təsəvvür edirsiniz, universitetin öz YAŞI 46, Gülçöhrənin rektorluq yaşı isə 23 İLDİR…yəni tən yarısı…
Gülçöhrə Məmmədovanın “şəxsi təsərrüfat”ı, təkcə universitetlə bitmir ee…
Gülçöhrə xanımın tabeçiliyində İnşaat Kolleci və Layihə İnstitutu da var.
Bütün bunları harasa yazmaq olar. Amma…
Gülçöhrə xanımdan soruşan lazımdır ki, Fizika-Rizayiyyat təmayüllü liseyi nə üçün yaradıb ?
Doğrudanmı, bu qadının tamahı bitib-tükənmək bilmir ?
Elə bilirsiniz Gülçöhrə Məmmədovanın möhtəşəm imperiyası bununla başa çatır ?
Xeyir. Gülçöhrə xanım nə qədər mümkündürsə, qamarlamağa çalışır.
Bəli, hazırda Gülçöhrə Məmmədovanın özəl klinikası, avtodayanacaqları, ticarət obyektləri. Hələ bu yaxınlarda gözəllik salonu da açıb xanım Məmmədova.
Görəsən bu qədər obyektlərin açılmasına sərf olunan milyonları xanım rektor haradan əldə edib ?
Tək bircə fakta nəzər salaq.
Xanım rektor universitet üçün alınan bütün məhsulların tenderini özünə yaxın şirkətlərə “hədiyyə” edir.
Azərbaycan Memarlıq və İnşaat Universiteti mətbəə çap işləri üçün "A- Delfin- AA" MMC-yə 19133 manat, dəftərxana və təsərrüfat malları üçün "İnci Grour of Comranies" MMC-yə 104 min 938.53 manat, digər maşın və avadanlıqlar üçün "Aysberg SH" MMC-yə 103 min 958 manat, kommunal və kommunikasiya xidmətləri üçün EM-İnşaat MMC-yə 24 min 944 manat, idarənin xərcləri üçün "Xəzri Grour" MMC-yə 109 min 769 manat, inventarın alınması üçün "Qardaşlar Mebel-3" MMC-yə 249 min 442.56 manat, mühafizə xidməti üçün "Gesco" ASC-yə 80 min manat, digər alış və xidmətlər üçün TET MMC-yə 58 min 800 manat, avadanlığın alınması üçün "Automax TT" MMC-yə 48 min 509 manat, liftlərə texniki xidmət üçün "Aslift" MMC-yə 48 min 73.2 manat, internet xidməti üçün "AZRENA AA" MMC-yə 23 min 760 manat, mətbəə çar işləri üçün "Automax" TT MMC-yə 19 min 943 manat, cari təmir üçün "Retro Holding" MMC-yə 43 min 999.6 manat ödəyib.
Beləliklə, dövlət büdcəsi və tələbələrin təhsil haqqından toplanan vəsaitin bir qismi - 935 min 269.89 manat belə xərclənib.
Yəni təxminən 1 milyon manata yaxın vəsait...
Gülçöhrə xanım təkcə mebel almağa 250 min manat xərcləyib, liftə xidmət üçün isə təxminən 50 min manat.
Xanım rektor başa düşmür ki, tələbələrdən yığılan təhsil haqqı 250 min manata mebel almaq üçün deyil e...
Tələbələrdən yığılan təhsil haqqı təhsilin səviyyəsinin yüksəldilməsinə, yeni kadrların yetişdirilməsinə sərf olunmalıdır.
Qoy Gülçöhrə Məmmədova özü desin görək, onun rektor olduğu 23 ildə 1 nəfər tanınmış memar yetişdirə bilibmi ?
Əlbəttə, yox.
Xanım rektorun biznesi sərhəd tanımır.
Bu adam imtahanları da biznesə çevirib.
Və universitetdə imtahan biznesinin başında Gülçöhrə xanımın bacısı dayanır.
Bəs görəsən bu qanunsuzluqlara dövlət qurumları niyə göz yumur, niyə susurlar.
Yenə bircə faktı oxucuların nəzərinə çatdıraq.
Bir neçə il əvvəl Hesablama Palatası Azərbaycan Memarlıq və İnşaat Universitetinə, eləcə də onun nəzdində fəaliyyət göstərən İnşaat Kollecinə ayrılan büdcə və büdcədənkənar vəsaitlərin auditini aparmışdı. Və ortaya ciddi qanunnsuzluqlar çıxmışdı.
Nəticə nə oldu? Heç nə.
Hətta Hesablama Palatası Gülçöhrə xanımın baş mühasibinə də ciddi cəza verə bilmədi, sadəcə töhmətlə kifayətləndi.
İndi gördünüzmü, ortada bu qədər qanun pozuntuları və töhmət…
Gülçöhrə Məmmədovanın adı daha nələrdə hallanmayıb?
Məsələn, Gülçöhrə Məmmədovanın adı kütləvi şəkildə universitet müəllimlərinin adına kredit götürməkdə hallanıb və heç yerdə təkzib olunmayıb.
Yəqin çoxlarının yadında olar. Bir neçə il əvvəl Sabirabadda məktəb direktoru olan qadın bir neçə müəllimin adına kredit götürmüşdü, nəticədə məktəb direktorunu nəinki vəzifədən çıxardılar, hətta həbs etdilər.
Bəs görəsən, xanım rektorun toxunulmzalığına səbəb nədir ?
Niyə Gülçöhrə Məmmədovaya gözün üstə çatma qaşın var deyən yoxdur.
Bəzi məlumatlara görə, Gülçöhrə xanıma gənclik illərindən deputat Mixail Zabelin “qəyyumluq” edir.
İstənilən halda kimin “krışalıq” etməsindən asılı olmayaraq rektor Gülçöhrə Məmmədova gec-tez qanun qarşısında cavab verməli olacaqdır.
gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz