Qazax bələdiyyə sədri bir neçə vətəndaşı aldadıb.
AMİA.AZ redaksiyasına müraciət edən Qazax sakinləri bildirir ki, Qazax bələdiyyəsinin sədri Tofiq Orucov onları aldadıb.
Müraciətdə deyilənləri olduğu kimi oxucularımıza çatdırırıq:
İki il əvvəl Sahibkarlıq obyekti tikmək üçün Qazax şəhərinin mərkəzində yerləşən və bələdiiyə mülkiyyətində olan torpaq sahəsinin bizə satılması üçün Tofiq müəllimə müraciət etdik. İlkin prosedura başlanması üçün birimiz 20000 digərimiz isə 15000 pul verdik.Tofiq müəllim bildirdi ki Tikintiyə rəy alınması üçün Dövlət Şəhərsalma Arxitektura komitəsinə də ayrı haqq hesab verilməlidir və əlavə olaraq onu da bildirdi ki, hamsını mən həll edəcəm.
Siz məni tanıyırsız. Amma iki ildən artıqdır ki, bizə söz verilən torpağın mülkiyyətimizə keçməsi üçün tam sənədlərini ala bilirik nə də pulumuzu…
Son vaxtlar heç bələdiiyə sədrini heç iş yerində tapmaq mümkün deyil. Bələdiyyəyə gələn vətəndaşlara bələdiyyə sədri adından bələdiyyənin kərgüzarı cavab verir.
Bələdiyyə sədri bələdiyyəni Qazax şəhər Heydər Əliyev adına olan parkdakı çayxanadan idarə edir”.
Saytımıza müraciət edən şəxslər onu da bildirdilər ki, Qazax rayonunda Qazax bələdiyyə sədri tərəfindən aldadılan şəxslər təkcə biz deyilik.Bizi kimi pulu alınıb sənəd ala bilməyən vətəndaşlar onlarladır: “Dəfələrlə Qazax rayon icra hakimiyyətinə müraciət etsək də heç bir nəticə olmayıb”.
Yazıda göstərilən iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq .
Xatırladaq ki, mətbuatfa gedən məlumatlarda, Qazax rayon İcra Başçısı Rəcəb Babaşovun Bələdiyyə sədrini təhqir etdiyi, onu “erməni” adlandırdığı yazılmışdı.
Millitv.az olaraq iddia olunanlarla bağlı qarşı tərəfində fikirlərini dərc etməyə hazırıq!