Ucar rayonu Alpout kənd sakinləri tərəfindən DİA.AZ-a şikayət ərizəsi ünvanlanıb. Narazı vətəndaşlar yazır:
"Ucar rayonu Alpout kənd sakinləri Bələdiyyə sədri Maarif İsmayılovun qanunsuz əməllərindən əziyət çəkirlər.
Bələdiyyə sədri Marif İsmayılov ümumi istifadədə olan su kanallarının ətrafını pul alıb vətəndaşlara qanunsuz satdığı üçün çoxlusayda kənd sakinləri sudan istifadə edə bilmirlər.Çünki bələdiyyə sədrindən su kanalın mühafizə zolağını pul verib alan həmin şəxslər oranın ətrafını bağlayıblar.Buna görə də çoxlusayda sakin sudan istifadə edə bilmir. Həttda ərazidə tez-tez mübahisələr dava-dalaşlar baş verirƏslində isə bələdiyyə sədrinin bu qanunsuz hərəkətləri cinayət əməlidir.Ucar rayon rəhbərliyidə bu problemin həll edilməsində acizdir.
Pul alıb su kanalının mühafizə zolağını vətəndaşa satdığı üçün onların yanında gözü kölgəli olan bələdiyyə sədri hadisə yerində olan zaman çərçivənin sökülməsini tələb edən vətəndaşların üstünə qışqırıb onları təhqqir edir.
Bələdiyyə sədri Maarif İsmayılovun qanunsuz fəaliyyəti bununla bitmir.O kəndi feodal qanunlarla idarə edib heç bir sənədləşmə aparmadan hektarlarla torpaqları pul alıb ayrı-ayrı şəxslərin istifadəsinə verib.Buna görə Alpout kəndində torpaqdan qanunsuz istifadə halları çoxdur.Həttda bılədiyyə sədri Marif İsmayılov özünə məxsus 5000 baş qoyun fermasına görə 1000 hektardan çox torpaq sahəsini qanunsuz zəbt edib istifadə edir.
Biz sakinlər xahiş və tələbimiz Ucar rayon Alpout Bələdiyyəsinin sədri Maarif İsmayılovun qanunsuz fəaliyyəti təftiş edilsin və onun barəsində ciddi tədbirlər görülsün.
İmza; Ucar rayonu Alpout kənd sakinləri
Abdullayev Tofiq Səftər oğlu
Cəlilov Sabir abıl oğlu şəhid atası (051) 528-80-47
Məmmədov Məhəmməd İdris oğlu"
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...