1994-cü ildə “AZAL Səhmdar Kommersiya Bankı” kimi fəaliyyətə başlayan, daha sonra adını 2 dəfə dəyişərək, əvvəlcə “Bank Silk Way” ASC, hazırda isə “Premium Bank” ASC adlanan bankın problemli kreditləri digər özəl banklarla müqayisədə kifayət qədər yüksəkdir.
Millitv.az Ekonominfo.az-a istinadən xəbər verir ki, bu ilin ikinci rübünün yekunda “Premium Bank” ASC-nin problemli kreditlərinin həcmi 135,2 milyon manat olub.
Vaxtında geri qaytarılmayan kreditlərin həcmi ümumi kreditlərin 28,7%-ni təşkil edib. Müqayisə üçün problemli kreditlərin Azərbaycanda bank sektoru üzrə orta göstərici 6,3% olub.
Rəqəmlərdən də göründüyü kimi “Premium Bank” ASC-nin problemli kreditləri ölkə üzrə qeydə alınan orta göstəricidən dəfələrlə yüksəkdir.
Məlumat üçün bildirək ki, "Premium Bank”ın əsas səhmdarı bir-neçə gün əvvəl AZAL-ın prezidenti vəzifəsindən azad olunan Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevadır.
Hazırda bank səhmlərinin 84,5%-i Zərifə Həmzəyevaya məxsusdur.