Axtarış...

Azalmaq əvəzinə artan PROBLEMLİ KREDİTLƏR... - “Bank sektorunda islahatlar sürətləndirilməsə...”

Azalmaq əvəzinə artan PROBLEMLİ KREDİTLƏR... - “Bank sektorunda islahatlar sürətləndirilməsə...”
“Kredit faizlərinin ödənilməsi ilə bağlı möhlət müddətinin başa çatması problemli kreditlərin həcmini daha da artıracaq”.

Bu sözləri problemli kreditlərin ilin əvvəlinə nisbətən 2,8 faiz artmasına təsir edən mümkün amilləri dəyərləndirən İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Professorun sözlərinə görə, problemli kreditlərin həcmini azaltmaq üçün islahatların aparılması vacibdir. Bu islahatlar həmçinin bank sektorunun investisiya artımına və real sektorun maliyyələşməsinə yol aça bilər:

“Ötən bir il ərzində Mərkəzi Bank kommersiya banklarına tövsiyə etmişdi ki, iqtisadi problemlərlə əlaqədar gecikdirilən faiz ödənişləri problemli kredit kimi qeyd olunmasın. Bu, mövcud rəqəmlərdə öz əksini tapmalı idi.

Bununla yanaşı, ötən il baş verən iqtisadi problemlər sayəsində bir sıra əvvəlki kredit faizlərinin ödənilməsi ilə bağlı öhdəliklər yerinə yetirilməyib və bunlar ümidsiz kreditlər kimi qəbul edilərək silinib. Bu, problemli kreditlərin xüsusi çəkisinə öz təsirini göstərib.

Dövlət tərəfindən biznesə müəyyən dəstək mexanizmləri çərçivəsində kredit faizlərinin ödənişi ilə bağlı subsidiyaların verilməsi də kredit portfelinə və onun strukturunda müəyyən dəyişikliklərə səbəb olub. Bütövlükdə bank kreditlərinin ölkədəki əsaslı kapital qoyuluşlarında xüsusi çəkisinin olduqca az olmasını nəzərə alaraq, kreditləşmə sürətləndirilməlidir.

Bu nöqteyi-nəzərdən, bank sektorunda ciddi islahatlar sürətləndirilərsə, müsbət nəticələr daha tez əldə edilə bilər. Son aylar ərzində problemli kreditlərin həcminin daha da artması müşahidə olunur. Bu tendensiyanı nəzərə alaraq, həm bank sektorunda kredit portfeli, həm də öhdəliklərlə bağlı ciddi dəyişikliklərin edilməsi vacibdir”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz