Əmək və və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişlyi görünməmiş qanunsuzluğa yol verib.
Millitv.az-ın məlumatına görə, bu barədə Gununsesi.info-ya müraciət edən Gədəbəy sakini Valeh Rüstəmov deyib ki, onlara aid ərzaq mağazasına qanunsuz olaraq 4 min manat cərimə yazılıb.
“İyulun 21-də Gədəbəy rayonunda Sona adlı qız özünü körpüdən atmaq istəyirdi. Biz bunu görəndə dərhal, DİN-nin 102 xidmətinə zəng etdik. Qızı xilas etdilər. Mən və digər şəxslər izahat verdik. Sonradan prokurorluq da işi araşdırdı. Guya, bu qadın bizim işçimiz olub. Halbuki, o bizə iş üçün müracit edib və səhhətinə görə biz onu işə qəbul etməmişik. Amma daima ona yardım etmişik. İndi Əmək Müfəttişliyi bizə 4 min manat cərimə yazıb. Bu qanunsuzluğu ictimailəşdirməyinizi, paytaxtdan çox-çox uzaqlarda olan bölgədə belə bir hüquqsuzluğu aidiyyatı qurumların diqqətinə çatdırmağınızı xahiş edirik”.
Valeh Rüstəmov intihara cəhd edən Sona Zeynalovanın imzaladığı məktubu da redaksiyamıza təqdim edib.
Milllitv.az həmin məktubu olduğu kimi təqdim edir:
“Mən Zeynabova Sona Rəfael qızı 1998-ci il 1 areldə Gədəbəy şəhəri, Söyüdlü kəndində doğulmuşam. Ailəli olub, ayrılmışam. İki övladım var. Məhkəmə yolu ilə uşaqlar atasına verilib. Mənə aliment kəsilib. Sonradan səhhətimdə yaranan xəstəliyə və mənə kəsilən alimenti ödəyə bilmədiyimə görə, işlə bağlı məşğulluğa müraciət etdim.
Bir ay boyunca “Al market”ə yolladılar. Bir ay 14 gün işlədim. Sonradan işdən azad oldum. Buna əsasən, heç bir yerdə iş tapa bilmədim. Səhhətimə və maddi problemlərimə görə, özümə sui-qəsd etmək istəyirdim. Bu zaman tanımadığım polis əməkdaşları yaxınlaşdılar, məni fikrimdən döndərdilər.
Tanımadığım əmkdaşlar məni “Park market”ə gətirdilər. Ona görə özümdə deyildim. Mənə su aldılar. İçdim, özümə gəldim. Sonra məni prokurorluğa apardılar. Məndən izahat aldılar. Mən Prokurorluqda izahat verərkən “Al market”də işlədiyimi demişəm. Prokurorluqda mənim “Park market”də işlədiyimi yazıblar.
Mən heç vaxt “Park market”də işləməmişəm. Hazırda işsizəm, “Park market”ə ona görə gedirəm ki, orada vətəndaşlar məni evləri və həyətlərinə günəmuzd təmizlik işləri üçün aparırlar”.