Axtarış...

Pandemiya dövründə işdən çıxarılan bağça işçiləri GİLEY EDİR - "3 min manat istədilər"

Pandemiya dövründə işdən çıxarılan bağça işçiləri GİLEY EDİR - "3 min manat istədilər"

Yevlax şəhər 4 saylı körpələr evi-uşaq bağçasının işçiləri bağçanın müdiri Bahar Vəlizadədən şikayətçidirlər.
Bu barədə Yeniavaz.com-a müraciət edən bağçanın tərbiyəçiləri Kərimova Sara və Səlimova Mətanət pandemiya dövründə işdən çıxarıldıqlarını bildiriblər:
“Mən Səlimova Mətanət 2013-cü ildən Yevlax şəhəri 4 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçi işləyirəm. 2018-ci ildə bağçadakı qrupun birini bağladılar. Lakin bilmədik ki, bağlanan qrup bizimdir, ya başqasının. Amma bizə gəlib dedilər ki, bağlanan sizin qrupdur. Buna görə də imza çəkib işdən çıxın. Mən də imza çəkmədim ki, siz bir tərəfdən işçi götürürsünüz, digər tərəfdəndə bizi çıxardırsınız. Onda da mənə dedilər ki, siz imza çəksənizdə, çəkməsənizdə müvəqqəti olaraq işləyəcəksiniz. Daha sonra bizdən pul tələb etdilər ki, qrupunuzu saxlayaq. İlk öncə 3 min manat istədilər, daha sonra min manat. Gördülər ki, imkanımız yoxdur və o pulu verə bilmirik, 500 manat istədilər. Həmin pulu verməyə də imkanımız çatmırdı, ən sonda 200 manatla razılaşdıq. Bu pulu verməmişdən öncə də 80-85 manat pul vermişdik. Pulu verəndə soruşduq ki, heç bir problem olmayacaq ki? Dedi ki, narahat olmayın, nə vaxt problem olub ki, indi də olsun.
Mart ayında bağçanın müdiri Bahar Vəlizadə iclas elədi və dedi ki, sən işdən çıxırsan, sənin yerinə analıq məzuniyyətində olan işçi gəlir. İşdən çıxmaq üçün nə ərizə yazmışıq, nə də hər hansı bir sənədə imza çəkmişik. Bunların hamısını müdür özü həll edib. Lakin biz bilirik ki, boş yerlər var. İşçilərin çoxusunun imzası olmadan, vəzifə maaşları kəsilib. Bundan başqa bir işçimiz var, bu yaxınlarda ailə həyatı quracaq və işdən çıxacaq. Yəni iki yer boşdur. Eyni zamanda təzə bağça açıldı bizi orada yerləşdirə bilərdilər. Amma bunu da etmədilər”.
Şikayətçilər məsələ ilə bağlı dəfələrlə prokurorluğa müraciət etdiklərini və işə baxılmadığını bildirdilər:
“Əlimizdə səs yazıları var, hər yerə mürciət edirik işimizə baxmırlar. Yeni İcra başçısının qəbulunda da olduq. Bizə əvvəl dedilər ki, narahat olmayın indiki vəziyyətdə heç kim sizi işdən çıxarda bilməz. Biz işdən çıxarılanda yenidən qəbuluna getdik. Onda bizə dedi ki, mən heç kimə söz verməmişəm”.
Kərimova Sara 3 ay, Səlimova Mətanət isə bir aydır ki, maaş almadığını iddia edir.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti pandemiya ilə əlaqədar elan olunmuş karantin dövründə işəgötürənlərə xəbərdarlıq edərək, mövcud şəraitdən sui-istifadə edərək işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verən, həmçinin karantin dövründə şəxslərin sərbəst hərəkətini təmin etmək məqsədi ilə “Əmək müqaviləsi bildirişi” altsisteminə yanlış məlumat daxil edən işəgötürənlərlə bağlı qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görüləcəyini bildirmişdi.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz