Axtarış...

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayətlər etmişəm..." - GİLEY

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayətlər etmişəm..." - GİLEY
“Mən Məşğulluq İdarəsinin vasitəsilə Qazax Magistral Qaz Kəmərləri Sahəsi Qaz İxrac İdarəsində xidməti müqavilə ilə fərdi sahibkar kimi işləyirəm. Ailəm 5 nəfərdən ibarətdir, cəmi 250 manat maaş alıram. Təbii ki, bu maaş məni qane etmir”.

Məhəmməd Qasımov “AzPolitika.info”ya göndərdiyi şikayət məktubunda belə yazır.

Məktubda daha sonra bildirilib: “İşsizliyin aradan qaldırılması məqsədilə işlə təmin olunmuşam. Amma yarımçıq iş. Aldığım maaşla əlaqədar qanun pozuntuları haqqında baş idarədən yoxlama kimi gələn yuxarı vəzifəli nümayəndələrə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Əmək Müfəttişliyinə şikayətlər etmişəm. Ancaq mənim şikayətlərimə baxmırlar.

Səbəb də onu göstərirlər ki, siz xidməti müqavilə ilə işləyirsiniz. Bizim işimizə nəzarət edənlərə üzümü tuturam: mənim müqaviləmin əmək müqaviləsinə dəyişdirilməsinə və maaşımın yüksəlməsinə köməklik göstərəsiniz.

Mən 2016-cı ildən işləyirəm. Vergi ödəyicisi kimi VÖEN açdılar, xidməti müqavilə ilə işə götürdülər. Bu nə dərəcədə doğrudur? Müqaviləmdə 276 manat aklad maaş göstərildi. Sosial sığorta, vergi, bank xərcləri çıxdıqdan sonra karta 250 manat köçürüldü.

Bu pulu da çıxartmaq mümkün deyil. Çünki sadələşdirilmiş vergi adı ilə 2 manat 50 qəpik tuturlar. 2018-ci ilin axırı müqaviləni təzələyəndə akladı 288 manat 20 qəpik etdilər. Yəni 12 manat 20 qəpik artım oldu. Bu da bizim xeyrimizə yox, öz xərcləri üçün. ASAN Xidmətlə, “Asan imza” ilə əlaqədar müqavilə bağladıq. 2 manat 50 qəpik də buna çıxıldı.

Minumum əmək haqqı 130 manatdan 180 manata qalxanda sosial sığorta hər ay bizdən tutulan 15 manat 60 qəpiyi 21 manat 60 qəpik etdi. Yəni, bizə heç bir xeyri olmadı. Üstəlik, aldığımız puldan da 6 manat kəsdilər. Mənim bu qədər xırdalıqları yazmağımın məqsədi budur ki, bu sahədə necə özbaşınalıqlar edildiyini biləsiniz. Görün, maaşımızın üzərində necə oyunlar oynanılır. Yuxarıda oturan qurumların bu məsələlərlə ciddi məşğul olmalarını xahiş və tələb edirəm. Bir azərbaycanlı kimi yaxşı maaş almaq, öz ailəmlə yaxşı yaşamaq mənum də haqqımdır. Diqqətinizə görə sağ olun”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz