Axtarış...

"Alke İnşaat"ın yetkilisinin gizli səs yazısı yayıldı... - AUDİOFAKT

"Alke İnşaat"ın yetkilisinin gizli səs yazısı yayıldı... - AUDİOFAKT

Ucar rayon Beton Zavod yaşayış evi sakini Mahmudova Sarıgül Hüseynalı qızı DİA.AZ-a ilginc iddiaların yer aldığı müraciəti ilə yanaşı gizli səs yazısını da təqdim edib. Həmin materialı olduğu kimi təqdim edirik:

""Alke İnşaat Sənaye və Ticarət Şirkəti"-nin rəhbərliyinin cinayət əməlini təsdiq edən mötəbər subut olan audio səs yazısını ictimaiyyətə təqdim edirəm.

"Alke İnşaat Sənaye və Ticarət Anonim Şirkəti" bizim ailəni əmək müqaviləsi bağlamadan işlədib 6 aylıq əmək haqqımızı verməməsi və buna görə 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Araz Bayramzadə "Alke İnşaat Sənaye və Ticarət Anonim Şirkəti"-nin rəhbərliyindən rüşvət alıb saxtakarlıq etməsinə dair mətbuatda gedən şikayətimdən sonra mənə qarşı növbəti saxtakarlıq oldu ki,bütün bunları təsdiq edən audio səs yazısı olan diski ictimaiyyətə təqdim edirəm. Belə ki, "Alke İnşaat Sənaye və Ticarət Anonim Şirkəti" -nin Məhəmməd adlı məsul vəzifəli əməkdaşı yaşadığım Ucar rayonuna evimizə gəlib bizim ailəyə olan 3600 manat əmək haqqı borcundan 1000 manat pul verib diqtə ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinə ərizə yazdırdı ki, bütün bunları audio səs yazısı etdim.

Orada mənə bildirirki pulunuzu bu şərtlə verirəm ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinə ərizə yaz ki, heç bir şikayət və tələbim yoxdur.Ciddi xəstə olan həyat yoldaşımın müalicəsinə görə pul lazım olduğundan halal pulumuzu almaq üçün bu ərizəni məcbur olub yazdım.Ancaq bu bir daha subut etdi ki,"Alke İnşaat Sənaye və Ticarət Anonim Şirkəti" bizim ailəni əmək müqaviləsi bağlamadan qanunsuz olaraq işlədib və 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Araz Bayramov bu saxtakarlıq edərək həmin şirkəti 700 manat cərimə edib.Hansı ki, bir ailənin 4 üzvünü əmək müqaviləsi bağlamadan 2 il qanunsuz işlədən şirkəti qanunu qaydada 20.000 manat cərimə etməli idilər.Sadəcə öz maraqlarını güdən Araz Bayramov belə bir saxtakarlıq etmişdir.

Xahiş edirəm audio səs yazısına qulaq asın orada "Alke İnşaat Sənaye və Ticarət Şirkəti" -nin Məhəmməd adlı rəis müavini mənə bildirir ki, söz verirəm ki, həyat yoldaşın Zahidə arxa tarixə iş stajı soxuşdurub yazacam.Hansı ki, bizim ailənin 4 üzvü bu yaramaz şirkətdə əmək müqaviləsi bağlanılmadan 2 il işlədilib amma əmək kitabçamıza iş stajı yazılmayıb.İndi isə şikayət etdiyimiz üçün bizə diktə ilə ərizə yazdırıb arxa tarixə saxta iş stajı yazdıracağına söz verir ki, bu açıq-aşkar cinayət əməlidir.Mən bu audio diski şikayət ərizəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümova və Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadəyə göndərsəmdə heç bir qanunu tədbir görmədilər.Çünki "Alke İnşaat Sənaye və Ticarət Şirkəti" onlara rüşvət verib deyə həmin şirkəti haqlı çıxardılar.

Bu açıq aşkar cinayət əməlidir ki, Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadə "Alke İnşaat Sənaye və Ticarət Şirkəti" ilə əlbir olub edib. Xatırladım ki,10 may 2013-cü il tarixdə "Azəryol serviz"-lə bağladığı müqavilə əsasında Ucar-Göyçay mağistiral yolun yevi asfalt örtüyünün çəkilişini, yol kənarı nişanlarının yenilənməsi kanalizasiya sistemlərinin çəkilişi ilə əlaqədar mənim həyat yoldaşım Mahmudov Zahid Bəhiyyəddin oğlunu gözətçi kimi işə qəbul etdi.Bu iki il ərzində biz yəni həyat yoldaşım və mən"Alke İnşaat Sənaye və Ticarət Anonim Şirkəti" tərəfindən orada aparılan işlərdə gündüzlər növbəliklə fəhləlik etmişik, gecələr isə tikinti materiallarına gözətçilik etmişik.Bunun müqavilində hər ay həyat yoldaşıma 400 manat əmək haqqı verirdilər.

2015-ci ilin yanvar ayında həyat yoldaşıma əmək haqqını gələn ay verəcəyik deyə-deyə həmin ilin iyun ayına kimi işlətdikdən sonra daha iş qurtardı deyib 6 ayın maaşını mənimsəyib verməmişdilər. Biz buna görə şikayət etdik.Ancaq buna baxmayaraq 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Araz Bayramzadə "Alke İnşaat Sənaye və Ticarət Anonim Şirkəti"-nin rəhbərliyindən rüşvət alıb qanunsuzluq etmişdir.Belə ki, bizi əmək müqaviləsi bağlamadan işlətdiyi üçün "Alke İnşaat Sənaye və Ticarət Anonim Şirkəti"-ni 20.000 manat cərimə etmək əvəzinə tam qanunsuz olaraq saxtakarlıq edib 700 manat cərimə etmişdir.

Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət edib xahiş edirəm bu cinayətkarlar barədə ciddi tədbirlər görün.Ortada cinayəti təsdiq edən konkret subut var".

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz