Gələn ilin dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) ayrılacaq vəsait artırılır.
“Report” xəbər verir ki, 2019-cu ilin büdcəsindən ƏƏSMN-ə 5 milyon 046 min 009 manatın ayrılması planlaşdırılır.
Bu məbləğ 2018-ci ildəki vəsaitdən 653 min 186 manat çoxdur.
Qeyd edək ki, büdcə zərfi gələn ay Milli Məclisin komitə iclaslarında müzakirəyə çıxarılacaq.