Axtarış...

Gənc sədrin işi qənaətbəxş deyil: TƏFTİŞ OLUNACAQ... - İLGİNC


"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə(QSC) Rövşən Rüstəmovun sədr təyin edilməsindən gözləntilər vardı.
Qurumdan işdən çıxardılan onlarla şəxs hesab edirdi ki,yeni sədr islahatlar aparacaq,haqq və hüququ pozulmuş şəxslərin qanunla müəyyən edilmiş mənafeyi qorunacaq, "ADY" QSC-nin İnfrastruktur Departamentində "təmizləmə" aparılacaq. Amma heç nə baş vermədi,gözləntilər reallaşmadı.
Faktinfo.az xəbər verir ki,bir müddət əvvəl fesbuk sosial şəbəkəsində yer alan və bəzi səhifələrdə paylaşılan məlumatları nəzərə alıb, "Azərbaycan Dəmir Yolları"nın rəhbərliyi İnfrastruktur Departamentinin son 5 ili əhatə edən fəaliyyətinə nəzər salmaq,daxili auditin xətti ilə təftiş etdirmək qərarına gəlib.
Qeyd edək ki,fesbuk sosial şəbəkəsində paylaşılan məlumatlara görə,"ADY" QSC-nin İnfrastruktur Departamentinin bir sıra yol sahələrində müəyyən "sənədləşmə işi" aparılmaqla vaqonlar,reyslər,"podklatkalar",metaldan olan körpü keçidləri,dəmir borular metallom kimi satılıb. Min tonlarla metalın satışından,qurumun hesabına qəpik-quruş daxil edilib.Eləcə də minlərlə istismar edilmiş taxta şpallar saxta sənədləşmə üzərindən satılıb,sravi işçilərə qarşı əmək məcəlləsinin tələbləri pozulub,bir çox şəxslər əsassız yerdən işdən çıxarılıb,başqaları ilə əvəzlənib vəs.

Faktinfo.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz