Prezident İlham Əliyev Cavid Qurbanovla bağlı sərəncam imzaladı. Sərəncama əsasən, Cavid Qəmbər oğlu Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
Bəs “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri KİM olacaq..?
Bunun üçün xeyli namizədlər arasında mübarizə gedir. Məsələnən, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrinin 1-ci müavini Əlirza Süleymanov düşünür ki, niyə sədr olmamalıdır..?
Əlirza Süleymanov uzun illərdir ki, QSC-də çalışır və Azərbaycan dəmir yollarının sabiq naziri Ziya Məmmədovla , sabiq spiker Rəsul Quliyevlə birgə relslərin kəsilib metallom kimi satılmasında birgə iştirakı barədə çox yazılıb.
Əlirza Süleymanovun sabiq QSC sədri Arif Əsgərovla Londondaki birgə biznesi barədə mediada kifayət qədər yazılıb.
Bəli, Arif Əsgərov və Əlirza Süleymanova köhnə vaqonları təzə adı ilə “kraskalayıb” milyonlar qazanıblar.
Hətta bu barədə Cavid Qurbanov öz müsabibələrində deyib.
Sözün qısası, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri olmaq üçün Əlirza Süleymanovdan sonra digər müavinlər də mübarizə aparır.
Hələlik “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr postuna müxtəlif versiyalar irəli sürülür.
ADY-nin yeni rəhbəri kim olacaq?
Qeyd edək ki, hazırda Azərbaycan Dəmiryolu Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hicran Valehovdur. ADY-nin sədri postuna onun təyin olunacağı barədə iddialar da var.
Məlumat üçün qeyd edək ki, Hicran Valehov 1968-ci ildə anadan olmuşdur. Ali təhsillidir, Azərbaycan İnşaat Mühəndisləri Universitetini bitirmişdir. Texniki elmlər namizədidir.
1985-2007-ci illərdə Kəlbəcər rayonu Sığorta Müfəttişliyi, “Azəravtoyol” Dövlət Şirkətinin 1 saylı Yol Təmir Tikinti İdarəsi, Yol Fondu İdarəsi, “Elm-İstehsalat Mərkəzi” və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentində müxtəlif vəzifələrdə çalışmışdır.
2007-2015-ci illərdə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışmışdır.
2015-2016-cı illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müşaviri vəzifəsində çalışmışdır.
2016-cı ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədri vəzifəsinə digər iddialı namizəd İqbal Hüseynovdur.
O, 1958-ci ildə anadan olmuşdur. Ali təhsillidir, Moskva Dəmiryolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirmişdir
1984-2003-cü illərdə Azərbaycan Dəmir Yolu İdarəsinin Biləcəri stansiyası, Hərəkət xidməti, Yükdoldurma və boşaltma şöbəsi, Yük daşımalarının planlaşdırılması şöbəsi, Tarif və nəqliyyatservis xidmətində müxtəlif vəzifələrdə çalışmışdır.
2003-2004-cü illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Maliyyə və kredit departamentinin rəis müavini vəzifəsində çalışmışdır.
2004-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi rəisinin iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışmışdır.
2010-cu ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
3-cü dərəcəli “Əmək” ordeni, “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı və “Fəxri dəmiryolçu” döş nişanı ilə təltif edilmişdir.
1981-ci ildə anadan olmuşdur. Ali təhsillidir, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr və magistratura dərəcəsi üzrə bitirmişdir.
2004-2015-ci illərdə “Azərinşaatservis” MMC, “Azərinteltek” QSC, “Azərcon” ASC və “Retro-Park” MTK-da müxtəlif vəzifələrdə çalışmışdır.
2015-2016-cı illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müşaviri vəzifəsində çalışmışdır.
2016-cı ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
“Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı və “Fəxri dəmiryolçu” döş nişanı ilə təltif edilmişdir.
Baş dəmiryolçu olmağa iddası olanlardan biri də Vüsal Aslanovdur.
O, 1981-ci ildə anadan olmuşdur. Ali təhsillidir, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr və magistratura dərəcəsi üzrə bitirmişdir.
2004-2015-ci illərdə “Azərinşaatservis” MMC, “Azərinteltek” QSC, “Azərcon” ASC və “Retro-Park” MTK-da müxtəlif vəzifələrdə çalışmışdır.
2015-2016-cı illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müşaviri vəzifəsində çalışmışdır.
2016-cı ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
“Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı və “Fəxri dəmiryolçu” döş nişanı ilə təltif edilmişdir.
Bir sözlə, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə sədr olmaq üçün ciddi mübarizə gedir. Amma əldə etdiyimiz məlumata görə, kimin adı Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində 300 000 000 luq yeyintidə hallanmayıbsa o da Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri ola bilər. Bu haqda növbəti sayımızda. //gundelik-baku.com//