Axtarış...

Cavid Qurbanovun hələ də vəzifədə qalan komandası HƏDƏFDƏ... - İLGİNC İDDİALAR...

Cavid Qurbanovun hələ də vəzifədə qalan komandası HƏDƏFDƏ... - İLGİNC İDDİALAR...


"Azərbaycan Dəmir Yolları" QSC-də daşınmalar sahəsində hədəflənən logistika xidməti istənilən səviyyədə qurulmayıb.

Bu məsələ ilə bağlı bəzi problemlər hələ də həll olunmamış qalır. Belə ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin müstəqil logistik xidmətləri həyata keçirə bilməməsi səbəbindən, bəzi firmalar üzərindən daşınmanın əlaqələndirilməsi həyata keçirilib. Xidmət haqqı kimi "Azərbaycan Dəmir Yolları" QSC-nin yük daşınmalarından əldə etdiyi gəlirlərin 25-30 faizi logistik firmaların hesabına köçürülüb.

Millitv.az Faktinfo.az saytına istinadla bildirir ki, Avropa və Asiya banklarından kreditlər hesabına vaqonlar alınıb, dəmir yolları çəkilib. Digər bir sıra istiqamətlər üzrə də vəsaitlər xərclənib. Hazırda vəsaitlərin köçürülmə və xərclənmə istiqamətləri, o cümlədən "Azərbaycan Dəmir Yolları" QSC-nin maliyyə imkanları müstəqil audit korpusu tərəfindən yoxlanılır. Təftişin yekun qərarından sonra Azərbaycan Dəmir Yolları" QSC ilə bağlı bir sıra qərarlar qəbul edilə bilər. Çünki, böyük dövlətlər dəmir yollarının imkanlarını nəzərdən keçirdiyi, dünyadakı daşınmaların 60-70 faizinin nəqliyyat - tranzit xətti üzərindən yürüldüyü önə çəkilərkən, Azərbaycan dəmir yollarının rentabelliyinə laqeyd qala bilməz.

Gözlənilir ki, "Azərbaycan Dəmir Yolları" QSC-yə dəmir yollarını bilən,marketoloq təyin edilsin,zamanla sistemdən kənarlaşdırılan Qurban Nəzirov və hərəkətin idarə olunmsı qrafikini mükəmməl bilən digər savadlı mütəxəssislər geriyə qaytarılsın, sədrin 1-ci müavini Əlirza Süleymanov istisna olmaqla, oradakı müavinlər vəzifələrindən uzaqlaşdırılsın.

Hərçənd, orada islahatların aparılmasını, tenderləri maneəsiz udan podratçı təşkilat rəhbərlərinin sıradan çıxarılmasını bir neçə sədr müavini başda olmaqla, istəməyən qüvvələr ola bilər. Amma görünən odur ki, tenderlərin qalibi olmuş 5 Saylı "İxtisaslaşmış Dəmir Yolu Müəsissəsi" MMC-nin direktoru Rizvan Rzayev, "ADY"-nin tikinti sektoruna rəhbərlik edən, keçmiş sədrin həmyerlisi Xəqani Kazımov, dəmir yollarında tikinti işləri aparmış "Körpü-Bina-Tikinti "MMC-nin sədri Xəlil Göyüşov və digər şəxslərlə yeni düzəndə işlənilməyəcək. Hətta bu və ya digər şəkildə vəsaitlərin köçürülməsində və mədaxilində iştirakçı - maliyyə, mühasibatlıq şöbələrinə "əl gəzdiriləcək."

Faktinfo.az saytı onu da bildirir ki, "ADY"-nin düçar olduğu ağır maliyyə vəziyyəti əhatəli öyrənildikdən sonra nəqliyyat infrastrukturunun inkişaf etdirilməsində yeni dönəm başlayacaq. Bu qaçılmazdır. Çünki, nəqliyyat-tranzit sahəsində Çin, Qırğızıstan, Özbəkistan yeni dəmir yolunun çəkilişini müzakirə etdiyi zamanda,Ələt Ticarət zonasının önəm daşıdığı bir vaxtda Azərbaycan ölkə nəqliyyatının "qan damarı" hesab edilən dəmir yolları infrastrukturuna, bu sahənin inkişafına, logistik imkanların genişləndirilməsinə və dünya üzrə yük daşınmalarındakı payının hazırkı vəziyyətinə biganə qala bilməz.

Mövzuya qayıdacağıq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz