“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) baş direktoru Ruslan Ağabəyli vəzifəsindən azad olunub.
Millitv.az ın “Report”a istinadən məlumatına görə, onun yerinə Hicran Valehov təyin edilib.
O, indiyə qədər “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İdarə Heyətinin sədr müavini olub.
R.Ağabəylinin isə STP-nin törəmə şirkətlərindən birinə rəhbər təyin edildiyi bildirilir.