Məlum olduğu kimi, iki gün əvvəl Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı, professor Nəsibov Famil Nəsir oğlu saxlanılıb. Onun korrupsiya əməliyyatı çərçivəsində saxlanıldığı bildirilir və bu barədə xüsusi əməliyyatın keçirildiyi də qeyd olunur. Xatırladaq ki, buna qədər də DİA.AZ olaraq məhz F.Nəsibovun qanunsuz əməlləri ilə bağlı məlumatları ictimailəşdirmişdik. İndi isə gərəkən qurumların gərəkən addımları atdığı aydın olur.
Qeyd edək ki, bu həbslə bağlı da DİA.AZ-a maraqlı məlumatlar ötürülüb. Redaksiyamıza danışan mötəbər mənbə iddia edir ki, baş vermiş olayın ADAU rəhbərliyindən yan keçəcəyini söyləmək imkansızdır. Mənbə dia.az-a bildirir:
"Hər halda, Famil Nəsibovun özbaşına olaraq qanunsuz əməllər törətməsi və bundan ADAU rəhbərliyinin xəbərsiz olması inandırıcı deyil və artıq KTN və ETN rəhbərlikləri də bu barədə narahat olmağa başlayıb. Hər iki nazirlik ADAU-da cərəyan edən olaylara görə məsul olduğundan, bu ali təhsil ocağının başında dayanan Zəfər Qurbanovun rektor kimi yoluna davam edəcəyi də sual altındadır".
Mənbə iddia edir ki, yaxın günlərdə ciddi qərarlar verilə bilər: "Gözləyək... Hər halda, bu, baş verməsə, hüquq-mühafizə orqanları yenidən meydanda görünə bilər..."
Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqeyini dinləməyə hazırıq...